Qayda pozub polis əməkdaşına rüşvət təklif edən sürücü həbs edilib VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Qayda pozub polis əməkdaşına rüşvət təklif edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisənin görüntüləri xidməti avtomobilin kamerasına düşüb.
Belə ki, 37 yaşlı sürücü Staroobryadçeskaya küçəsində sənəd yoxlaması üçün saxlanılıb. Polis əməkdaşı inzibati xəta müəyyən edib və protokol tərtib etməyə başlayanda məsuliyyətə cəlb olunmaqdan yayınmaq istəyən qayda pozucu asayiş keşikçisinə rüşvət təklif edərək xidməti avtomobilə 11 min rubl pul qoymağa cəhd edib. Hüquq-mühafizə orqanının əməkdaşı qanunsuz pul almaqdan imtina edib.
Təqsirləndirilən şəxsə rüşvət verməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb və yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq. İş üzrə ittiham aktı Lefortovo Rayonlararası Prokurorluğu tərəfindən təsdiq edilib və
37 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev


