Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qaydalar sərtləşir: Təklif Rusiyaya getmək istəyənləri fikirlərindən daşındıra bilər

Qaydalar sərtləşir: Təklif Rusiyaya getmək istəyənləri fikirlərindən daşındıra bilər

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Dövlət Dumasının deputatı Yaroslav Nilov Rusiyaya gələn əcnəbilər üçün məcburi tibbi müayinənin tətbiq olunmasını təklif edib.

Axar.az xəbər verir ki, bu təşəbbüsə əsasən, miqrantlar sərhədi keçərkən İİV (QİÇS), Hepatit B və C, sifilis və vərəm xəstəliklərinin olmamasını təsdiqləyən son on gündə verilmiş tibbi arayış təqdim etməlidirlər.

Bundan əlavə, xarici vətəndaşların üzərilərində tibbi sığorta daşımaları da məcburi olacaq.

Hazırda miqrantlar ölkəyə daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçirlər. Rusiyada 90 gündən artıq qalan əcnəbilər üçün bu müayinə üç ay ərzində aparılır.



Millət vəkili Azər Allahverənov Sherg.az-a bildirib ki, bu partiya, zaman-zaman miqrasiya ilə bağlı kifayət qədər kəskin fikirlər səsləndirir:


“Xüsusilə də miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı sözlər deyir. Nəzərə alsaq ki,  Yaroslav Nilov həm də Dövlət Dumasında komitə sədridir və bilavasitə əmək, sosial siyasət məsələlərinə baxır. Bu o deməkdir ki, Rusiyanın Dövlət Dumasında artıq bu məsələ ilə bağlı müəyyən müzakirələr aparılır. Təxmin etmək olar ki, bu müzakirələrin nəticəsi olaraq, ölkə ərazisinə daxil olan, miqrantlarla bağlı yeni qaydaların qəbul ediləcəyi gün elə də uzaqda deyil. Keçən ildən etibarən miqrasiya qanunvericiliyinin ayrı-ayrı komponentləri üzrə bir sərtləşdirilmənin şahidi oluruq. Həmçinin yeni qaydalar var ki, onlar da yaxın zamanlarda qüvvəyə minəcək. Bununla yanaşı, indi isə  bu məsələ, dövriyyəyə buraxılıb. Bu təklif,ondan ibarətdir ki, Rusiya Federasiyası ərazisinə daxil olmaq istəyən miqrant səfərinə 10 gün qalmış, tibbi müayinədən keçməli, tibbi arayış almalıdır. Müayinələrin nəticəsindən sonra bu arayış həmin şəxsə təqdim olunur və ölkə ərazisinə keçərkən həmin tibbi arayışı təqdim etməlidir. Bununla yanaşıRusiya mövcud qaydaları bir qədər də sərtləşdirmək həm də  tibbi sığorta təqdim etməlidir. Bu təklif Rusiya Federasiyasına getmək istəyən insanların, hətta qısa müddətdə belə səfər etmək niyyətində olsalar, belə səfərlərindən daşındıra biləcək bir fikir kimi də səslənir. Çünki bəlli məsələdir ki, sığorta şəhadətnaməsinin alınması, tibbi müayinənin keçirilməsi, bu həm də müəyyən məbləğdə vəsait və vaxt itkisidir. Görünən budur ki, Rusiya mövcud qaydaları bir qədər də sərtləşdirmək niyyətindədir və bu da təbii ki, Rusiya ərazisinə gedən miqrantların sayına təsir edə biləcək bir hal kimi dəyərləndirilə bilər. Yəni söhbət tək əməkçi miqrantlardan getmir. Əmək miqrantları Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyərkən, onlar bir qayda olaraq tibbi müayinədən keçərək tibbi arayış təqdim edirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 May 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see333

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see197

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see167

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see164

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see163

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see150

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see147

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see144

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see143

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see141

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see140

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see138

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see137

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see136

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see135

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri