Qaz limitinin həddi artırılacaq? AÇIQLAMA
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Vətəndaşlar kommunal xərclərin yüksək olmasından və bu xərcləri ödəməkdə çətinlik çəkmələrindən şikayətlənirlər. Bölgələrdə yaşayan sakinlər isə xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından istifadə etdiklərini bildirirlər.
Bəs bu sahədə hansısa güzəştin olması gündəmdədir?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, qaz limitini aradan qaldırmaq müəyyən dərəcədə vətəndaşların işini yüngülləşdirə bilər:
“Ən azından bu limitin həddini bir az da yüksəltmək lazımdır ki, aztəminatlı, yoxsul insanlar qış aylarında bu qədər sıxıntı içində olmasınlar və daha rahatlıqla kommunal xərclərin ödənməsini təmin edə bilsinlər. Çünki kommunal xərclərin altında əzilmək bir çox hallarda sağlamlıq problemlərinə gətirir. İstilik istifadəsi az olanda bunun əziyyətini ən çox uşaqlar çəkir. Amma bu məsələlər barədə təkliflər hökuməti də düşündürür. Yəqin ki, vəziyyət optimal şəkildə dəyərləndirilərək qərarlar qəbul ediləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 27 Yanvar 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















