Icma.az
close
up
RU
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qazax, 3 oktyabr, AZƏRTAC

Qazaxın 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilməsi ilə əlaqədar il ərzində şəhərdə müxtəlif idman tədbirləri təşkil olunmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Motosiklet İdmanı Federasiyası (AMİF) və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Motokros Çempionatının III mərhələsi keçirilib.

Çempionat Qazax rayonunun Cəfərli kəndi ərazisində, Ağstafaçay su anbarının kənarında təşkil olunub. Yarışda ölkənin güclü motokros idmançıları 250 cc və 450 cc yarış sinifləri üzrə mübarizə aparıblar.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov, I vitse-prezident Sabir Babayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, federasiya və idarənin əməkdaşları, idmançılar, tələbələr, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Qazaxın 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi və bununla əlaqədar il ərzində şəhərdə yüksək səviyyəli yarışların keçirilməsi diqqətə çatdırılıb. Motokros Çempionatının III mərhələsinin də bu silsilə tədbirlərin davamı olduğu bildirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev belə yarışların, xüsusilə gənclərin idmana cəlb olunması və zərərli vərdişlərdən uzaq tutulması baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov çempionatın Qazaxda keçirilməsindən məmnunluğunu ifadə edib və yarışın “İdman paytaxtı”na növbəti töhfə olduğunu bildirib.

Çıxışlardan sonra 250 cc və 450 cc siniflərində yarışlar keçirilib. İdmançılar sürət və peşəkarlıqlarını nümayiş etdirərək qalib olmaq uğrunda mübarizə aparıblar.

Yarışın sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub.

Müxbir -Ruslan Novruzoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri