Icma.az
close
up
RU
Qazaxıstan ABŞ nin yeni ticarət rüsumlarını qiymətləndirdi

Qazaxıstan ABŞ nin yeni ticarət rüsumlarını qiymətləndirdi

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın 1 avqustdan etibarən Qazaxıstan da daxil olmaqla 14 ölkəyə qarşı 25%-lik yeni ticarət rüsumları tətbiq etməsi ilə bağlı Astanadan ilk rəsmi reaksiya gəlib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Qazaxıstan parlamentinin deputatı, "Ak Jol" partiyasının lideri Azat Peruşaev bu qərarı ölkə iqtisadiyyatı üçün “ciddi zərbə” hesab etmədiyini bildirib.

Peruşaevin sözlərinə görə, tətbiq olunan yeni rüsumlar Qazaxıstan ilə ABŞ arasında olan ticarət dövriyyəsinin 10%-dən az hissəsinə aiddir. Üstəlik, bu tariflər ölkənin əsas ixrac sahələri - metallar, ərintilər, uran və digər strateji məhsulları əhatə etmir.

“Yeni rüsumlar Qazaxıstan iqtisadiyyatı üçün ani və ciddi zərbə olmayacaq”, - deyə deputat “Gazeta.ru”ya müsahibəsində qeyd edib.

Deputat Peruşaev ABŞ-nin bu addımını Prezident Trampın qlobal ticarət balansını yenidən formalaşdırmaq cəhdi kimi dəyərləndirib. Onun sözlərinə görə, bu siyasət təkcə rəqib ölkələrə deyil, Kanada və Avropa İttifaqı kimi ABŞ-nin yaxın müttəfiqlərinə qarşı da yönəlib.

Maraqlı məqamlardan biri də odur ki, Peruşaev Qazaxıstana qarşı bu münasibəti ABŞ-nin ölkəni öz potensial müttəfiqi kimi qiymətləndirməsinin göstəricisi kimi qiymətləndirib.

“Əgər ABŞ bu cür sərt rüsumları Yaponiyaya və Cənubi Koreyaya tətbiq edirsə, Qazaxıstana da bu münasibət eyni yanaşmanın təzahürü ola bilər. Bu isə bizim üçün bəlkə də, pozitiv siqnaldır”, – deyə o bildirib. 

Nuriyyə NATİQQIZI

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri