Qazaxıstan Moskvanın yardımına qaçdı
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanın “Kondensat” Neft Emalı Zavodu Rusiya neftini emal üçün qəbul edəcək.
Hurriyyet.media xəbər verir ki, məlumatı Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib ki, Astanada keçirilən hökumət brifinqində açıqlayıb:
“Biz Rusiya Energetika Nazirliyindən rəsmi sorğu aldıq. “Kondensat” Neft Emalı Zavodu Rusiya neftini emal edəcək və istehsal olunan neft məhsullarının 70 faizini Rusiyaya göndərəcək. Hazırda tələb olunan neft məhsullarının - benzin və dizelin – 30 faizə qədərinin Qazaxıstanda qalacağı, qalan hissəsinin isə Rusiyaya göndəriləcəyi barədə razılığa gəlmişik”.
Qeyd edək ki, “Kondensat” neft emalı zavodu Qərbi Qazaxıstan bölgəsini dizel yanacağı və benzinlə təmin etmək üçün “Qaraçaqanak” yatağında inşa edilib. 2017-ci ildə zavodun gücü ildə 650.000 tondan 850.000 tona qədər artırılıb.
Rusiyanın illik benzin istehlakı 20 milyon tondur. Ukraynanın zərbələri bu həcmin 30 faizə yaxınını istehsal edən zavodların fəaliyyətini ya tam, ya da qismən dayandırmasına gətirib çıxarıb. Ukraynanın zərbələri davamlı olduğu üçün Rusiya artıq zavodların bərpasındansa, yanacağı idxal etməyə üstünlük verməyə başlayıb. Hindistan, Belarus, Türkiyə, Qazaxıstan və digər ölkələrdən yanacaq alınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Avqust 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















