Icma.az
close
up
RU
Qazaxıstan Prezidenti BMTyə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib edib

Qazaxıstan Prezidenti BMTyə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib edib

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə BMT-yə rəhbərlik etməyi planlaşdırması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, o, bu barədə “Ana tili” qəzetinə müsahibəsində bildirib.

“Mən BMT baş katibinin müavini və Silahsızlanma üzrə Konfransın Baş katibi kimi BMT-nin Cenevrə ofisinə rəhbərlik etməli oldum. Faydalı təcrübə və beynəlxalq proseslərin mexanizmləri haqqında anlayış əldə etdim. Hesab edirəm ki, bu, artıq kifayətdir. Mənim ölkənin uzun illər davam edəcək inkişafı üçün böyük planlarım var və mən onları həyata keçirmək niyyətindəyəm”, - o deyib.

Tokayevin sözlərinə görə, görünməmiş geosiyasi gərginlik şəraitində Qazaxıstan ölkənin təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafının təmin edilməsinə sadiqdir.

O həmçinin qeyd edib ki, həm Qərbdə, həm də bütün dünyada Qazaxıstanı orta güc adlandırırlar.

“Bu status, əlbəttə ki, bizi çox işlər görməyə, ilk növbədə, beynəlxalq arenada məsuliyyətli davranmağa, dövrümüzün ən aktual problemlərinə konstruktiv yanaşmağa məcbur edir. Buna əsasan Qazaxıstan “bütün bəşəriyyətin ümumi evi”, qeyri-alternativ və universal təşkilat kimi BMT-nin ardıcıl dəstəkçisi olaraq çıxış edir”, - Qazaxıstan lideri söyləyib.

O qeyd edib ki, əsas məqsədi dövlətin iqtisadi potensialını, suverenliyini və beynəlxalq mövqelərini gücləndirməkdir.

“Prezidentliyimin əvvəlindən bu günə kimi qəbul edilmiş qərarlara və onların nəticələrinə görə tam məsuliyyəti öz üzərimə götürürəm, mən başqa cür işləyə bilmirəm və işləmək də istəmirəm”, - Tokayev fikrini yekunlaşdırıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Yanvar 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri