Qazaxıstan və Çin 1,2 milyard dollara polad zavodu tikməyi planlaşdırır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Astana, 2 aprel, AZƏRTAC
Qazaxıstan və Çinin “Fujian Hengwang Investment” şirkəti Qazaxıstan Respublikasında ildə 3 milyon tona qədər polad istehsal gücünə malik və investisiya həcmi 1,2 milyard dollar olan polad kombinatının tikintisi üzərində işləyir.
AZƏRTAC Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, razılaşma nazir Arman Şakkaliyevin Fujian əyalətinə səfərindən sonra əldə edilib. Layihə təxminən 2500 iş yeri yaradılmasını nəzərdə tutur, daxili bazara və ixraca yönəlib.
“QazTrade”in məlumatına görə, 2025-ci ildə Qazaxıstan ilə Fujian əyaləti arasında ticarət dövriyyəsi təxminən 522 milyon dollar təşkil edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Aprel 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















