Qazaxıstanda süni intellekt insultdan ölüm hallarını azaldır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 aprel, AZƏRTAC
Qazaxıstanda tətbiq olunan süni intellekt sistemi insultdan ölüm hallarını 40 faiz azaldıb.
AZƏRTAC Qazaxıstanın “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini – rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında məlumat verib.
Bildirilib ki, “Cerebra” süni intellekt sistemi kompüter tomoqrafiyası nəticələrini qısa müddətdə təhlil edərək insult diaqnozunun sürətini və dəqiqliyini artırır.
Sistem paytaxt Astana şəhəri ilə yanaşı, bir sıra vilayətlərdə də tətbiq olunur. 2025-ci il sentyabrın 1-dən etibarən 7600-dən çox xəstənin məlumatları təhlil edilib, nəticədə ölüm halları 40 faiz azalıb, vaxtında müalicə alanların sayı isə əhəmiyyətli dərəcədə artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 28 Aprel 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















