Qazaxıstanda təyyarələrə lazer yönəldilməsinə görə cinayət məsuliyyəti tətbiq olunur
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Astana, 30 avqust, AZƏRTAC
Sentyabrın 14-dən etibarən Qazaxıstanda hava gəmilərinin idarə edilməsinə maneə törətməyə, o cümlədən təyyarələrə və pilotsuz uçuş aparatlarına lazer cihazlarının yönəldilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu tədbir sərnişinlərin və ekipaj üzvlərinin həyat və sağlamlığını təhlükə altına sala biləcək qəzalara yol verilməsinin qarşısını almağa yönəlib.
Qeyd olunur ki, lazer şüaları real təhlükə yaradır. Onlar pilotu kor edə və ya müvəqqəti görmə itkisinə səbəb ola bilər ki, bu da xüsusilə qalxış və eniş zamanı kritik hesab olunur.
Vurğulanır ki, bu cür hərəkətlərin təhlükəli və qanunsuz olmasını hamı dərk etməlidir. Qanunu pozanları azadlıqdan məhrumetməyədək cəza gözləyir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Avqust 2025 04:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















