Qazaxıstanın enerji sektoruna 9 milyard dollar investisiya qoyulur
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
İkitərəfli müqavilələr əsasında Qazaxıstanın neft-qaz sektoruna 9 milyard dollar investisiya cəlb edilib.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu bu gün Astanada başlayan 16-cı “KAZENERGY” Avrasiya Forumunda ölkənin Energetika naziri Yerlan Akkenjenov deyib.
Onun sözlərinə görə, Qazaxıstan beynəlxalq enerji sistemində mühüm həlqədir: “Bunun üçün bizə lazım olan hər şey var: bol neft, qaz, kömür və bərpa olunan enerji ehtiyatları. Həmçinin bu resursların inkişafı üçün zamanla sınaqdan keçirilmiş əlverişli investisiya mühiti mövcuddur”.
Qeyd edək ki, 16-cı “KAZENERGY” Avrasiya Forumunda 50-dən çox ölkədən 300-dən artıq şirkəti təmsil edən 2500 nümayəndə iştirak edir. Heyətlərə beynəlxalq enerji təşkilatlarının, iri neft-qaz korporasiyalarının rəhbərləri və energetika nazirləri daxildir.
V. QULİYEV

Suriyanın enerji sektoruna 7 milyard dollarlıq investisiya üçün imzalar atıldı
29 May 2025 19:36
Qazaxıstanın tanınmış rəssamı
06 Fevral 2025 16:07
Neftqaz və qeyrineftqaz sektoruna 4,5 milyard dollar birbaşa xarici investisiya yatırılıb AZƏRTAC
11 Dekabr 2024 11:05
Qazaxıstanın COP29a maliyyə töhfəsi
07 Dekabr 2024 10:56

