Qazaxıstanın qızıl ehtiyatları təxminən 100 ton artıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 11 noyabr, AZƏRTAC
Qazaxıstanın qızıl ehtiyatlarının artımı təxminən 98 ton təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə sənaye və tikinti nazirinin müavini İran Şarhan hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, ölkə üzrə 103 növ faydalı qazıntı və təxminən 10 min yataq dövlət uçotu ilə əhatə olunub.
“Bərk faydalı qazıntılar üzrə 2900-dən çox lisenziya və 250 kontrakt qüvvədədir”, - deyə o qeyd edib.
İ.Şarhan həmçinin ölkənin geoloji və geofiziki kəşfiyyat sahələrinin 2,2 milyon kvadrat kilometrə qədər genişləndirilməsi üzrə işlərin aparıldığını bildirib və əlavə edib ki, bu günə qədər təxminən 2 milyon kvadrat kilometr sahə kəşf edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















