Qazaxıstanlı nazir: COP29da yaşıl layihələr üçün yeni imkanlar yaranacaq
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədi iqlimlə bağlı yaşıl maliyyələşdirməyə təkan verəcək yekun sənədlərin əldə olunmasıdır".
Bunu "Report"a açıqlamasında Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev bildirib.
O hesab edir ki, bununla yaşıl layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaranacaq:
"Xüsusilə inkişaf etməkdə olan ölkələr, o cümlədən Qazaxıstan və Azərbaycan üçün bu məsələ olduqca aktualdır. Ümid edirik ki, bu tədbirdə "yaşıl layihələr" üzrə məqsədlərimizi tam şəkildə reallaşdıra biləcəyik".
Nazir vurğulayıb ki, Azərbaycanda keçirilən COP29 tədbiri çox yüksək səviyyədə təşkil olunub:
"Qonaqlar üçün hər şey nəzərə alınıb və tədbir ən yüksək standartlara uyğun keçirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















