Icma.az
close
up
RU
Qazi 39 saylı vəkil bürosunu məhkəməyə verir

Qazi 39 saylı vəkil bürosunu məhkəməyə verir

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

DSMF-nin məhkəmə-vəkil bürosu saxtalığına əlavə edib

Borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) 22 aydır dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını özbaşına, dələduzluqla dayandırmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbini DSMF-in məhkəmə-vəkil filialının saxtalaşdırmasını media qurumları işıqlandırıb.

Xatırladırıq ki, tələbkar qazinin iddia tələbi “05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı qərarın icrasının dayandırılmasından dəyən ziyanın ödənilməsi” olduğu halda, DSMF-in Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı- 39 saylı vəkil bürosu (depertament müdiri, büro müdiri, vəkil Yeganə Məmmədova, baş mütəxəssis Gülnar Həzizadə)  “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” şəklinə salıb. 7 vərəqlik iddia tələbinə aid olmayan 06.02.2025-ci il tarixli etiraza 17.02.2025-ci ildə 6 vərəqlik əlavə olunub. Yenə də iddia tələbi “1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05.07.2017-ci il tarixli qərarının DÜZGÜN İCRA EDİLƏRƏK azaldılmış məbləğin bərpa edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi” formasında saxtalaşdırılıb. Tələbkar qazinin tələbini “DÜZGÜN İCRA EDİLƏRƏK” yox, İCRANIN ÖZBAŞINA DAYANDIRILMASINDAN dəyən maddi-mənəvi ziyanın ödənilməsi təşkil edir. 39 saylı vəkil bürosunun, DSMF-in məhkəmə filialının  müdiri Yeganə Məmmədova hansı əsasla, hansı hüquqla, hansı prosessual fəaliyyət qabiliyyəti ilə əsl cavabdehin-borclu XŞTMF-nin adından məhkəməyə çıxır, etiraz edir və iddia tələbini saxtalaşdırır!(?) Bəs məhkəmə? Niyə bu qeyri-prosessual fəaliyyətə susur, 3 aylıq süründürməçilikdən sonra, hüquqi yardım etmədən, vəkil ayırmadan, İPM-in 9-2 maddəsinə əsasən iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini təmin etmədən iddianın mümkün sayılmaması haqqında qərardad çıxarır? Məhkəmə qərarının icrasının tələb edilməsinin mümkün sayılmaması Konstitusiyanın da, məhkəmənin də, parlamentin də, icra hakimiyyətinin də  mümkün sayılmaması deməkdir. Konstitusiyanın mümkün sayılmadığı ölkədə hansı məhkəmə təminatı, sosial təminat hüququndan danışmaq olar?

... 39 saylı vəkil bürosuna qarşı Qarabağ qazisinin məhkəmə davası açılır...

Məğrur Bədəlsoy

P. S. İmzalanan anda Ədliyyə Nazirliyi İcra xidmətinin rəis müavini Fəqan Şabanovun 2 cümləlik cavabı gəldi: “MƏHKƏMƏ QƏRARININ (hansının ?-M.B.) İCRA OLUNMAMASI İLƏ BAĞLI Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, oxşarməzmunlu (?-M. B.) əvvəlki müraciətləriniz İcra xidmətində araşdırılaraq Sizə müvafiq cavab verilmişdir” (??) Tələbkar qazi hazırkı, əvvəlki cavablarla illərdir icra olunmayan qərarların icrasına nail olur? Tələbkar icranı tələb edir, icra xidməti əvvəllər “it ilində” cavab verildiyini bildirir. Belə icra xidməti ilə qazinin tələbkar edildiyi 7 məhkəmə qərarının hansı birinin icrasından danışmaq olar? Suala ədliyyə naziri Fərid Əhmədov cavab verməyə borcludur. İli Konstitusiya və suverenlik ili elan edən Prezidentin (Administrasiyasının) tapşırığıdır, yerinə yetirməmək baha başa gələ bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri