“Qazprom” Moldovanın qazını kəsir 709 milyon dolarlıq borc davası AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
2025-ci il yanvarın 1-dən “Qazprom” “Moldovaqaz”ın borclarına görə Moldova Respublikasına qaz nəqlini dayandıracaq. “AzPolitika” xəbər verir ki, bu barədə Rusiya konserninin bəyanatında deyilir.
“Qazprom” “Moldovaqaz”ı xəbərdar edib ki, borcun ödənilməməsi mövcud müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasıdır.
“Qazprom” və “Moldovaqaz” arasında müqavilə 2021-ci ildə beş il müddətinə bağlanıb. Müqavilənin əsas şərtlərindən biri də Kişinyov tərəfindən borcun ödənilməsi olub. Rusiyanın hesablamalarına görə, borc cərimələr daxil olmaqla 709 milyon dollar təşkil edir.
Ötən ilin sentyabrında Moldovanın Baş naziri Dorin Recean demişdi ki, Kişinyov cəmi 8,6 milyon dollar borcu tanıyır və Rusiyaya 709 milyon dollar ödəmək niyyətində deyil.
Bu gün “Qazprom”un bəyanatını şərh edən Recean qeyd edib ki, Moldova tərəfi hələ də borcun mövcudluğunu inkar edir.
“Moldova Rusiyadan asılılığını azaltmaq üçün təbii qaz təchizatı mənbələrini şaxələndirib”, - Recean əlavə edib. O, təfərrüatları açıqlamayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















