Qəbələ dən hakimin qərarına etiraz Video
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qəbələ" Misli Premyer Liqasının 8-ci turunun "İmişli" ilə görüşündəki hakim qərarlarından narazıdır.
QOL.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.
Əyalət təmsilçisi matçın 59-cu dəqiqəsində Ronaldo de Souzanın topa qolu ilə toxunduğu anların görüntüsünü yayımlayıb.
"Qəbələ" qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun həmin vaxt əl ilə oyuna görə cərimə zərbəsi təyin etməməsindən narazı qalıb. Klub oyundan 2 gün keçsə də, məsələyə hələ də aydınlıq gətirilmədiyinə diqqət çəkib.
Qeyd edək ki, sözügedən matç 2:2 hesabı ilə yekunlaşıb.
Baxış sayı:110
Bu xəbər 20 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















