Icma.az
close
up
RU
Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... Zaxarova

Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... Zaxarova

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiya Azərbaycanla müxtəlif regional platformalarda – MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), “Xəzər beşliyi” və “3+3” regional əməkdaşlıq platforması çərçivəsində, həmçinin Avrasiya təhlükəsizliyi arxitekturasının formalaşdırılması kontekstində sıx əməkdaşlıqda maraqlıdır”.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Bakı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında dialoq getdikcə daha intensiv xarakter alır.
 

“Bunun göstəricisi kimi Azərbaycan Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində daimi iştirakı qeyd oluna bilər. Növbəti belə tədbir cari ilin 30 sentyabrında Minskdə keçirilib”, – Zaxarova qeyd edib.


Rusiya XİN nümayəndəsi MDB çərçivəsində Bakı ilə əməkdaşlığın da yüksək qiymətləndirildiyini vurğulayıb:
“Tərəfdaşlarımız müxtəlif sahələr üzrə əməkdaşlıq istiqamətlərində olduqca aktivdirlər. Məsələn, cari ildə Azərbaycan MDB-nin bütün üç tematik paytaxtını qəbul edir – Qəbələ gənclər, Laçın mədəniyyət, Gəncə isə idman paytaxtı kimi çıxış edir”.
Zaxarova əlavə edib ki, 28 sentyabrdan 8 oktyabra qədər Azərbaycanın yeddi şəhərində MDB
ölkələrinin III Oyunları uğurla keçirilib. Yarışlarda 23 idman növü üzrə 1500-dən çox idmançı iştirak edib.
 

“Əlbəttə, biz Bakının 10 oktyabrda Düşənbədə keçirilən sammitin yekun sənədlərinə qoşulmasını da alqışlayırıq. Söhbət, transmilli cinayətkarlığa qarşı mübarizə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 40 illiyi ilə bağlı dövlət başçılarının bəyanatlarından gedir”, – deyə o bildirib.


Zaxarova onu da qeyd edib ki, Azərbaycan 2026–2028-ci illər üzrə terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlıq proqramının qəbulunu da dəstəkləyib:
“Bu, MDB ölkələrinin konkret istiqamətlər üzrə birgə fəaliyyətini nəzərdə tutan və regional təhlükəsizliyin təmininə yönəlmiş vacib sənəddir”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri