Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Qəbələ Zirvə Görüşü Türk dünyasının vahid və güclü siyasi iqtisadi məkana çevrilməsi istiqamətində mühüm addım oldu

Qəbələ Zirvə Görüşü Türk dünyasının vahid və güclü siyasi iqtisadi məkana çevrilməsi istiqamətində mühüm addım oldu

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 oktyabr, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: İsmayıllı ziyalısı Günay Rzayevanın ötən gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı məqaləsini təqdim edirik.

Qədim tarixə və zəngin mədəni irsə malik olan Qəbələ oktyabrın 6-7-də tarixi bir tədbirə - TDT-nin 12-ci Zirvə Görüşünə ev sahibliyi etdi. Təbiətin qoynunda, dağların ətəyində yerləşən bu şəhər Türk dünyasının gələcəyini müzakirə edən liderləri bir araya gətirmək üçün həm rəmzi, həm də strateji seçim idi.

Türk Dövlətləri Təşkilatının üzvü olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın, müşahidəçi statusunda isə Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin yüksək səviyyəli nümayəndə heyətləri Zirvə Görüşündə həm ikitərəfli, həm də çoxtərəfli görüşlər keçirdilər, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdilər.

Zirvə Görüşünün sonunda imzalanan Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək inkişaf xəritəsini müəyyənləşdirən strateji sənəd kimi tarixə düşdü. Bəyannamədə təşkilata üzv ölkələr arasında siyasi həmrəyliyin dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi üzrə mühüm öhdəliklər əks olundu. Bu sənəd Türk dünyasında vahid və güclü əməkdaşlıq modelinin qurulmasına yönələn siyasi iradənin bariz göstəricisidir.

Azərbaycan TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində artıq real və təsirli addımlar atıb. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına yatırılmış Azərbaycan sərmayələrinin ümumi həcmi 20 milyard ABŞ dollarını keçib. Bu vəsaitin ən böyük hissəsi Türkiyə iqtisadiyyatına yönəldilib.

Eyni zamanda, Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstan ilə birgə sərmayə fondları yaradaraq iqtisadi inteqrasiyanın yeni mərhələsinə qədəm qoyub. Həmin fondlar vasitəsilə kənd təsərrüfatı, sənaye, logistika, enerji və texnologiya sahələrində bir sıra strateji layihələrin icrasına start verilib.

Zirvədə vurğulanan əsas məqamlardan biri də ondan ibarət idi ki, Türk dünyası arasında əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, mədəni, humanitar və təhsil istiqamətində də gücləndirilməlidir. Bu baxımdan, ortaq türk mədəni irsinin qorunması, gənclər və tələbə mübadilə proqramları, ortaq media platformalarının yaradılması ilə bağlı təşəbbüslər diqqət mərkəzində oldu.

Bir sözlə, Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk dünyasının vahid və güclü siyasi-iqtisadi məkana çevrilməsi istiqamətində mühüm addım oldu. Bu görüş göstərdi ki, ortaq dil, tarix və mədəniyyətlə birləşən Türk dövlətləri qlobal çağırışlara birlikdə cavab vermək, ortaq güc mərkəzi kimi çıxış etmək əzmindədirlər.

Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir bir daha sübut etdi ki, birlikdən güc doğar və bu güc Türk dünyasının sabahına inamla baxmaq üçün möhkəm zəmin yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see232

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see208

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see203

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see172

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see171

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see155

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see138

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see131

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see129

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see128

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see127

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see123

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri