Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölümünün TƏFƏRRÜATI
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
"İyunun 23-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, əməliyyatdan sonra xəstə tam ayılıb, adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və ona zəruri tibbi yardımlar göstərilib:
"İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:35-də pasiyentin ölüm faktı qeydə alınıb".
"Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd edilib.

Bataqlıqda boğulan 15 yaşlı Elçinin ölümünün TƏFƏRRÜATI
19 Aprel 2025 22:47
Neftçi Füzuli Paşayevin faciəli ölümünün TƏFƏRRÜATI
17 Aprel 2025 23:44
1 aylıq körpənin faciəvi ölümünün TƏFƏRRÜATI
29 Aprel 2025 11:25
Astarada 16 yaşlı qızın ölümünün əsl SƏBƏBİ məlum olub
07 May 2025 23:38
Salyanda səkkizinci sinif şagirdinin dəhşətli ölümünün TƏFƏRRÜATI
06 Noyabr 2024 11:53

