Icma.az
close
up
RU
Qəbul imtahanlarında tarix fənni iddiası: Suallar MİQ səviyyəsində idi

Qəbul imtahanlarında tarix fənni iddiası: Suallar MİQ səviyyəsində idi

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbul imtahanlarında tarix fənninin suallarının həddindən artıq çətin olması ciddi müzakirələrə yol açıb.

Oxu.Az xəbər verir ki, imtahandan sonra abituriyentlər sualların əksəriyyətini anlamadıqlarını və həddindən artıq mürəkkəb olduğunu bildiriblər.

Sosial şəbəkələrdə geniş yayılan bu məsələyə bir çox orta məktəb müəllimləri də münasibət bildirərək, sualların hətta Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı səviyyəsində olduğunu təsdiqləyiblər.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, imtahan suallarının mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir.

"Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad edilən metodiki çərçivə çox aydın və birmənalıdır - bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.

Dünən imtahandan dərhal sonra bütün tapşırıqlar və onların izahı, düzgün cavablar ictimaiyyətə təqdim olunub. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II və III ixtisas qrupları), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilib. Bütün bunlar imtahanın məzmununun ictimaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir.

Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik abituriyentləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir", - deyə X.Xanlarzadə bildirib.

O qeyd edib ki, ümumilikdə imtahanın çətin olması məsələsi çox nisbi bir məsələdir, çünki bu amil imtahan iştirakçısının hazırlıq səviyyəsinə görə kiməsə çətin, kiməsə asan ola bilər.

"Qeyd edim ki, ali təhsil müəssisələrinə qəbul imtahanı seçmə və yerləşdirmə məqsədi ilə keçirilir. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik on minlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur.

Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər həmişə ictimaiyyətə təqdim edilir. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur", - deyə X.Xanlarzadə vurğulayıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see138

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Çaki öldü

29 May 2025 00:07see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri