Icma.az
close
up
RU
Qəhrəman, qalib ordumuzla öyünməyə tam haqqımız var

Qəhrəman, qalib ordumuzla öyünməyə tam haqqımız var

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ordu təkcə dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminatçısı deyil, həm də qürur mənbəyimizdir. Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələri ölkəmizin, millətimizin, dövlətimizin və müstəqilliyimizin əsas dayağı hesab edirdi. Hələ sovet dövründə ordu quruculuğuna xüsusi önəm verən Ulu öndər hərbi biliklərin gənclərimiz tərəfindən öyrənilməsinə və peşəkar zabitlərin hazırlanmasına xüsusi diqqət göstərmişdi. 1969-cu ildə siyasi rəhbərliyə gəlişindən sonra Azərbaycanda milliləşmə prosesi başladı. Bu strateji kursun davamı olaraq, 1971-ci ildə Heydər Əliyev mürəkkəb siyasi şəraitə baxmayaraq, unudulmaz tarixi qərar qəbul etdi – Azərbaycanın görkəmli hərbi xadimi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bununla yanaşı, Ulu öndərin gərgin fəaliyyəti nəticəsində gənclərimiz keçmiş SSRİ-nin nüfuzlu hərbi ali məktəblərinə güzəştli şərtlərlə qəbul olunmağa başladı, gələcək müstəqil Azərbaycanın hərbi kadr bazası formalaşdırılırdı. 

Müstəqillik illərində dahi lider Vətən qarşısında bu misilsiz xidmətlərini şərh edərək qeyd edirdi ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış, milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, xalqımız  öz milli azadlığına qovuşacaq, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq.

1991-ci ilin sonlarında imperiyanın çöküşü ilə müstəqilliyini bəyan edən Azərbaycan olduqca ağır durumla üzləşmişdi. Müstəqilliyimizin şirinliyini dadmamış onun itirilməsi təhlükəsi ilə baş-başaydıq. Ordunun olmamasının nəticəsi kimi torpaqlarımız ardıcıl olaraq işğal olunurdu.

1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitlik və inkişafın bərpasına zəmin yaratdı. Digər sahələrlə yanaşı, ordu quruculuğu da yeni mərhələyə qədəm qoydu. Ulu öndərin bilavasitə rəhbərliyi və nəzarəti altında Silahlı Qüvvələrin formalaşdırılması prosesi sürətləndirildi, ordunun maddi-texniki təminatı yaxşılaşdırıldı, döyüş hazırlığı və mənəvi-psixoloji ruh yüksəldildi.

Keçmişə və tarixi irsə böyük ehtiramla yanaşan Heydər Əliyev 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan etdi. Ölkədə vahid komandanlığa malik nizami ordu yaradıldı, ayrı-ayrı silahlı qruplar ləğv edildi və ordu xalqın güc mənbəyinə çevrildi. 

Daha sonrakı illərdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməyə başlandı. Ordumuzun  modernləşdirilməsi, struktur baxımından təkmilləşdirilməsi və ən müasir texnika ilə təchiz olunması dövlətin prioritet istiqamətlərindən birinə çevrildi. 
Silahlı Qüvvələrimizin arsenalı müasir silahlarla zənginləşdirildi, döyüş qabiliyyəti yüksək peşəkarlıq səviyyəsinə çatdırıldı. Böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bölgənin ən güclü qüvvəsinə çevrildi. 

Əzəli torpaqlarımızı işğal edərək terror, separatizm yuvasına çevirən  Ermənistan cəbhə istiqamətində təxribatlar törətməklə yeni ərazi iddialarını ortaya qoydu. Amma unutmuşdular ki, qarşılarında əsrin sonlarında topu, tankı olmayan ölkənin könüllüləri deyil, dünyanın ən güclü və ən vətənpərvər ordularından birini görəcəklər. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində başlanan II Qarabağ müharibəsi Azərbaycan Ordusunun qüdrətinin dünyaya nümayişi ilə bitdi. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun qəhrəmanlığı ilə düşmən tarixinin ən ağır, ən miskin məğlubiyyətini yaşadı. 44 gün çəkən Vətən müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu suveren ərazilərimizi  işğaldan azad etməklə bölgəni iki əsr basqı altında saxlayan erməni separatizminin kökünü kəsdi, tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti və qəhrəmanlığı nəticəsində ölkəmizin ən ağrılı problemi həll olundu, Vətən bütövləşdi. Bir vaxtlar həsrətlə, nisgillə baxdığımız ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır. Şübhəsiz ki, bu ümumxalq xoşbəxtliyini bizə bəxş edən Silahlı Qüvvələrimizdir.

Bu gün Azərbaycan Ordusu təkcə ölkənin suverenliyinin və ərazi bütövlüyünün qoruyucusu deyil, eyni zamanda xalqımızın güc simvolu və dövlətçiliyimizin dayaq sütunudur.

Qəhrəman, qalib ordumuzla öyünməyə tam haqqımız var. Bu ordu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tariximizə zəfər səhifəsi yazdı və gələcəyimiz üçün  təhlükəsizlik təminatçısı oldu.

Xumar Məmmədova,   


Naxçıvan MR Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin dosenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri