Icma.az
close
up
RU
Qəhvə çöküntüsünü yola tökdülər Nəticə təəccübləndirir

Qəhvə çöküntüsünü yola tökdülər Nəticə təəccübləndirir

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəhvə içəndən sonra zibilə atdığımız çöküntünün bu qədər işə yarayacağını yəqin ki, çox adam düşünməzdi. Avstraliyada alimlər qəhvə çöküntüsündən beton hazırlayaraq onu yollarda sınaqdan keçiriblər.

“Yeni Sabah” xəbər verir ki, RMIT Universitetinin tədqiqatçıları tullantıya çevrilən qəhvə çöküntüsünü xüsusi üsulla emal edərək tikintidə istifadə olunan materiala çeviriblər. Adi halda qəhvə çöküntüsünü birbaşa betona əlavə etmək mümkün deyil. Çünki onun tərkibindəki üzvi maddələr sementin bərkiməsinə mane olur. Alimlər bu problemi həll etmək üçün qəhvə çöküntüsünü oksigensiz mühitdə 350 dərəcəyə qədər qızdırıblar. Nəticədə “biokömür” adlanan məsaməli material əldə olunub. Daha sonra bu material beton hazırlanarkən istifadə olunan təbii qumun 15 faizini əvəz edib. Aparılan sınaqlarda qəhvə çöküntüsündən alınan biokömürün betonun sıxılmaya davamlılığını 29,3 faiz artırdığı müəyyənləşib.

Maraqlıdır ki, temperaturun düzgün seçilməsi nəticəyə ciddi təsir edib. Çöküntü 350 dərəcədə emal ediləndə beton daha möhkəm olub. Lakin temperatur 500 dərəcəyə qaldırıldıqda eyni nəticə əldə edilməyib. Tədqiqatçılar yüksək temperaturun materialın daxilində xırda çatlar yaratdığını və bunun da onun quruluşunu zəiflətdiyini bildiriblər. Toyuqlu pizza

Hazırlanan qəhvə qatılmış beton artıq laboratoriyada qalmayıb. Avstraliyanın Viktoriya ştatında yerləşən Gisborne şəhərində piyada yolunda və Pakenham ərazisində yol yenilənməsi layihəsində istifadə olunub. Yalnız Pakenhamdakı layihə üçün 5 ton qəhvə çöküntüsü toplanıb. Bundan 2 ton biokömür hazırlanaraq 30 kubmetr betona əlavə edilib.

Mütəxəssislərin hesablamalarına görə, təkcə Avstraliyada hər il təxminən 75 milyon kiloqram qəhvə çöküntüsü zibilxanalara atılır. Yeni üsul bu tullantının azaldılmasına kömək etməklə yanaşı, beton istehsalında istifadə olunan təbii quma olan tələbatı da azaltmaq məqsədi daşıyır. Bu isə çaylardan və sahilyanı ərazilərdən qum çıxarılmasının azalmasına imkan verə bilər.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2026 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri