Icma.az
close
up
RU
Qələbələrin uca zirvəsi TƏHLİL

Qələbələrin uca zirvəsi TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

44 günlük Vətən Müharibəsində əldə olunan parlaq zəfər illər, əsrlər keçsə də, hərb tarixinin qızıl fondu olaraq qalacaq

Biz bir millət, xalq olaraq qürurlu və sevincli tarixi yaşayırıq. Hansı ki, bu gerçək tarixi prosesdə Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlara, nailiyyətlərə imza atır. Uğurların ən yüksək zirvəsi isə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibsində 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsidir. Təəssüf ki, hərbi, siyasi, diplomatik qələbələrin əldə olunmasına qədər uzun illər keçdi və bu illər ərzində Ermənistanın təxribatları nəticəsində onlarla insanımız şəhidlik zirvəsinə yüksəldi. Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyət boşluğundan istifadə edən Ermənistanın terrorçu toplumu və onların arxasında dayanan böyük güclər ardıcıl olaraq torpaqlarımızı işğal etdilər. Ermənistanın qəsbkar siyasəti nəticəsində 20 faiz torpaqlarımız işğal edildi və 1 milyona yaxın insan ev-eşiyindən didərgin salındı. 30 ilə yaxın atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən 4 qətnamə qəbul etsə də, Ermənistan bu qərarlara əhəmiyyət verməyib. Bununla yanaşı, AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh danışıqları da nəticəsiz qaldı. Təbii ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi. Bir gün status-kvo dəyişməli idi və belə də oldu.

ZƏFƏRƏ GEDƏN YOL

Nəhayət gözlənilən qisas günü yetişdi. 2020-ci il sentyabrın 27-də başlayan müharibəsi haqlı olaraq Vətən Savaşı adını aldı. Xalqın Fateh Sərkərdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi nəticəsində 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi. 44 günlük Vətən Müharibəsi ilə Ermənistanın 30 ilə yaxındır ki, qurduğu mühəndis-istekam qurğuları, yüzlərlə hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Dəyəri 4 milyard ABŞ dolları olan hərbi texnikası qənimət olaraq götürüldü. Bu, böyük qələbəmizdir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Azərbaycan hərb meydanında düşmənə layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq münaqişə mövcud deyil, ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa edilib. Qələbənin əsas müəllifi, Fateh Sərkərdə, Prezident İlham Əliyevin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edilib. Qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Fəxr edirik ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi.

HAQQIMIZ OLAN QƏLƏBƏ

Qələbələrimizin təməli sentyabrın 27-də qoyulsa da, demək olar ki, 8 noyabr 2020-ci il Qarabağımızın incisi Şuşanın azad edilməsi ilə Qarabağa qovuşduğumuz tarixdir. Bu Böyük Qələbə ilə Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoyduğu gündür. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməsi ilə nəticələndi. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir: “Dedik yetər, artıq bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”

Haqqımız olan qələbə təntənəli şəkildə qeyd olunmalı idi və oldu da. Noyabrın 10-da dostları sevindirib, düşmənləri xar edən qələbə paradı keçirildi. Bu parad həm də işğal altında olmuş topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. “Azadlıq” meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Qürurverici məqamlardan biri də ondan iobarət idi ki, müharibənin ilk günüdən ürəyi, qəlbi Qarabağla döyünən qardaş Türkiyənin hakimiyyəti, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğan Qələbə Pardında da Azərbaycanla birlikdə oldu.

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSI İLƏ TARİX YAZAN AZƏRBAYCAN

“Tarix təkrar olunur”-deyiblər. 100 il bundan əvvəl Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Milli Ordusu ilə birlikdə Bakını erməni daşnaklarından azad etmişdir. Uğurlu hərbi əməliyyatlarla Azərbaycanın bütün bölgələri erməni terrorçularından təmizlənmişdir. Bu gün də, ulularının qardaşlıq dəstəyini əsirgəməyən Türkiyə qardaşlarımız başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla erməni vandallarının Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdan təmizlənməsində Azərbaycana mənəvi, siyasi dəstəyini əsirgəmədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında çıxışı zamanı bildirdi ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: “İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik”.

Qələbə Paradında Türkiyə Ordusunun mehmetcikləri sıra keçidində qürurla və əzmlə keçdilər. Bu məqamda Türkiyə qardaşlarımızın bizə olan hədsiz rəğbətinin daha bir nümunəsi ondan ibarət idi ki, Qarabağda şəhid olan 2783 şəhidimiz sayında mehmetçik sıra keçidində iştirak etdilər. Əhsən belə qardaşlığa, var olsun belə birlik. Söz yox ki, qələbə paradımızın yolu uğurlu və xeyirli olacaq. Qələbə Paradı Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılmaqla yanaşı, həm də zamanında Ermənistana pay olaraq verilən Zəngəzurun, Göyçənin, İrəvanın Böyük Azərbaycan torpaqlarına qatılmasına işartı olacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında dediyi fikirlərdə ümidləri artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Pardında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirdi: “Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.

Əminliklə demək olar ki, qələbələrimiz və uğurlarımız hələ qabaqdadır. 30 il erməni işğalı altında olmuş torpaqlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etdiyimiz kimi Zəngəzura da daxil olub, Naxçıvanla Azərbaycanın Qərb rayonlarının birləşməsinə nail olacağıq. Bu, bizim haqqımızıdır, ədalətin bərpa olunması, elə haqqımızın ədalətli şəkildə təmin olunması deməkdir.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyul 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri