Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Eminquey Akifin "Müharibə və..." yazısını təqdim edir.

Açığı, müharibənin ili çıxmamış bu söhbətləri eləmək doğru olmazdı. Səni topa qoyub düşmən tərəfə atardılar. Sən də düşmən dəyirmanına su tökməklə ömür sürüb məhv olardın. Müharibə bitib, zəfər çalınıb, torpaqlarımız qayıdıb, biz də torpaqlarımıza qayıtmaq dövründəyik.
Məncə, indi həmin zamandır. Ki, bəzi həqiqətləri cəmiyyətin üzünə çırpasan.

Bu beş ildə özünü yandıran qazi gördük, maşını nömrəsiz sürüb “mən qaziyəm, mənə olar” deyən qazi gördük, oğurluq edən qazi gördük, TikTok-da pul dilənən qazi gördük, gic-gic hərəkətlər edən qazi gördük, amma hər dəfə susduq.
Guya susduğumuz tək qazilərdirmi?! “Onların üstündə barıt qoxusu, şəhid əllərinin izi var” dedik. “Onlar yaşayan şəhidlərdir” dedik. Daha bu qədər də olmaz ki. Yenə bir qazi əvvəlkilərdən daha rəzil hadisə ilə gündəmə gəldi:
“Bir qazi 24 yaşlı qızın tiktok proflinə daxil olaraq onun şəkillərini, videolarını ələ keçirib. Daha sonra tiktokda qızın adına səhifə açaraq şəkilləri və videoları orada paylaşıb. Hər paylaşımın da üzərinə fa.işəyəm, pul qarşılığında görüşürəm yazıb. Səhifə qısa zamanda böyük baxış sayı yığıb. Beləliklə gənc qızın həyatı darmadağın olub. Xanımı işdən atıblar, nişanı isə qaytarılıb.
Çarəsiz qalan qız özü bu "qəhrəmanın" axtarışına çıxıb. Əvvəlcə öz proflindən adına açılmış fake səhifəyə yazıb ki, mənim şəkillərimi ordan silməsən, səni tapacam. Cavab bu olub: “Məzələnmə”. Daha sonra oğlan adı ilə fake profil açıb, səhifənin direktinə yazaraq görüşmək istədiyini deyib. Cavab yazıblar ki, beş yüz manat qarşılığında görüş baş tuta bilər.
Qız razılığını bildirərək kart istəyib. İlkin ödəniş kimi karta yüz manat göndərib. Səhifədən mesaj gəlib ki, yüz manat karta oturmayıb. Qız da kartın tətbiqdə olan skrinini istəyib. Hiyləgər amma o qədər də savadsız "qəhrəman" tətbiqin skrinini atıb. Qız da skrindəki ad soyadı götürərək polisə gedib.
Bununla da polis 2002 təvəllüdlü şəhər sakinini saxlayıb. Saxlanılan şəxs qazi olduğunu, hansısa yanacaqdoldurma məntəqəsində kassir işlədiyini deyib, hərəkəti isə tamah məqsədi ilə törətdiyini etiraf edib. Cinayətkar min manat məbləğində cərimələnərək sərbəst buraxılıb”.

Bax, elə bu hadisədən sonra “qazi” statusu haqqında düşünmək lazımdır.
Artıq bu ad eşidiləndə əksəriyyət ağız büzür, üzünü o yana çevirir. Ona görə ki, qazi adını gözdən saldılar.
Müharibədə döyüşmüsünüz, sağ olun, amma müharibə bitib! Əlinizdə silah yoxdur, altınızda tank yoxdur, qarşınızda erməni yoxdur. Çıxın bu eyforiyadan. Siz artıq bu ölkənin vətəndaşısınız. Hamı kimi! Özünüzü adam kimi aparmağa məcbursunuz. Özü də bizdən daha çox. Çünki siz qazisiniz. Məmur özbaşınalığına, həkim səhvinə göz yummaq olar, amma sizin səhvlərinizə yox. Niyə? Çünki siz belə istəmisiniz. Siz özünüzü müqəddəsləşdirmisiniz.

“Mən qaziyəm, mənə iş vermirlər, məni saymırlar, mən bunun üçün vuruşmamışdım, mən Qarabağı almışam, mən erməni öldürmüşəm” deyəndə siz özünüzü bu insanlardan ayırmışdınız.
Biz şəhidləri cənnətlik bilmişik, Allahın onların səhvlərinə göz yumduğunu qəbul etmişik, sizi isə onların yarısı – canlı şəhid hesab etmişik. Yenə deyirəm, həm də siz belə istəmisiniz. Ona görə də bu adı daşıyırsınızsa, “mən qaziyəm” deyirsinizsə, ömrünüzün sonuna kimi bu ada layiq yaşamalısınız.

Ya da ümumiyyətlə, bu ad ləğv edilməlidir. Amma niyə pis adamların ucbatından təmiz adamların adına ləkə düşməlidir? Mənim tanıdığım qazilər var ki, indi də hərbi xidmətinə davam edir və heç kim onlar barədə nə bir mənfi söz eşidib, nə də onlar adlarına ləkə salacaq bir iş görürlər.

Necə ola bilər ki, erməninin qarşısına çıxan, “biz ana-bacılarımıza görə döyüşmüşük” deyən bir qazi səngərin bu üzündə, öz Vətənində həmin ana-bacısına qarşı bu cür hərəkət etsin?

55 milyonluq ada, 200-ə yaxın ev - Sərvətini mülkə yatıran məşhurlar Adımıza, sanımıza layiq heykəldir Tik-tokda xəstə adamları canlı yayıma çıxaranlar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri