Icma.az
close
up
RU
Qənirə Ataşovanın ittiham etdiyi həkim danışdı: “İstəyirlər aramızı vursunlar!”

Qənirə Ataşovanın ittiham etdiyi həkim danışdı: “İstəyirlər aramızı vursunlar!”

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Amerikada yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın həkimlərlə olan qalmaqalı səngimək bilmir. O, daha bir həkimi hədəf alaraq, özünün “Facebook” hesabında növbəti paylaşım edib. Qənirə Ataşovanın növbəti tənqidi plastik cərrah Elnur Mehrəli ilə bağlıdır. Şəxsi hesabında yazdığı postla həkimlə bağlı bir sıra ittihamlar irəli sürən jurnalist sözügedən həkimin onunla bağlı təhqiredici fikirlər səsləndirdiyini və bunu “TikTok” platformasında yayımladığını iddia edib. Yenisabah.az məsələ ilə bağlı qalmaqalda adı hallanan həkim, plastik cərrah Elnur Mehrəli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında özü ilə bağlı olan ittihamlara aydınlıq gətirib:

“Bu işdə bizim adımızın hallandırılması belə böyük cinayət sayıla bilər. Çünki bu işdə heç bir iştirakımız yoxdur. Adımızdan şər və böhtan xarakterli paylaşım verilməklə neqativ hallar yaradan şəxslərlə bağlı araşdırma aparırıq".

Elnur Mehrəli Qənirə Ataşova ilə heç bir tanışlıq əlaqəsinin olmadığını bildirib:

“Qənirə Ataşovanı şəxsən tanımıram. Həmin xanımla heç bir tanışlıq əlaqəmiz yoxdur ki, ona qarşı hər hansı bir neqativ fikrimiz yaxud ədavətimiz də olsun. Adımızın hansısa siyahıda hallandırılmasını düzgün və uyğun bilmədiyimiz halda, Qənirə xanım o məlumatların heç birini dəqiqləşdirmədən, həkim adlandığı insanların siyahısında bizim də adımızı çəkir. Hansı ki, həkim olmadıqları halda onları həkimlik statusuna çatdırıb və bizi də onlarla bir cərgəyə qoyub. Biz başa düşə bilmirik ki, bu nəyin ədavəti və nəticəsidir.

Azərbaycan Dövlət Tibb Universitetinin, sonrakı etapda həkimləri təkminləşdirmə universitetinin, həmçinin, Türkiyə, Rusiya və Ukrayna universitetlərində təhsil almış və plastik cərrahiyyə diplomuna nail olmuş bir həkimi bu ixtisasa sahib olmayanlarla bir cərgəyə qoymaq hansı ədalətdən xəbər verir?”

Həkim onu da qeyd edib ki, jurnalistin onunla bağlı ittihamlarına heç bir cavab və reaksiya ilə qarşılıq verməyib:

“Bizim sözügedən paylaşımdan xəbərimiz yoxdur. Biz o tərbiyənin və əxlaqın yiyəsi deyilik ki, xanımı hansısa eybəcər formada təhqir edək. Qənirə Ataşova o siyahını neçə gündür ki, nümayiş etdirir. Buna baxmayaraq, şəxsi səhifələrimizin heç birində rəsmi olaraq Qənirə Ataşovaya heç bir irad bildirməmişik. Biz bunu texniki yanlışlıq kimi qəbul edib, bir xanım olaraq ona cavab verməyi özümüzə lüzum bilməmişik. O ki qaldı, üstündən xeyli müddət keçəndən sonra hər hansı təhqiramiz paylaşım edək. Bu paylaşım tamamilə saxtadır. Bizimlə düşmənçiliyi olan insanlar istəyirlər ki, Qənirə xanımla aramızı vursunlar. Məsələ ilə bağlı həm hüquq-mühafizə orqanları tərəfindən, həm də şəxsi təşəbbüsümüzlə araşdırma başlanılıb. Qənirə Ataşova səhifəmi tağ edərək, aqressiv münasibət bildirsə də, bu barədə heç bir cavab verməmişəm. Araşdırmanın nəticəsini gözləyirik. Bunu kim edibsə, hər kəsin qarşısında çıxıb üzr istəsin və açıqlasın ki, bu çirkin əməli nəyə görə edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Noyabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see470

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see253

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see114

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see113

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Əməkdaşlığın coğrafiyası genişlənir

04 İyun 2025 11:57see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri