Qərarın milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı olduğu deyilir...
Icma.az bildirir, Sia Az portalına istinadən.
ABŞ Kənd Təsərrüfatı Departamenti əcnəbi işçilərin, Çin vətəndaşlarının, həmçinin Rusiya, İran və Şimalı Koreyadan olan mühacirlərin kütləvi şəkildə işdən çıxarılmasını həyata keçirib.
SİA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Söhbət 70-ə yaxın mütəxəssisdən gedir ki, onların əksəriyyəti ABŞ Kənd Təsərrüfatı Departamentinin Tədqiqat Xidmətinin strukturunda çalışan çinli postdoktorantlardır.
Onların işdən çıxarılmasından sonra elmi nəşrlərə yenidən baxılması və bir sıra layihələrin müvəqqəti dayandırılması gözlənilir.
Departament bildirib ki, qərar ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün verilib və yalnız “düşmən ölkələrin” vətəndaşlarına qarşı yönəlib.
İşdən çıxarılmaların qəfil həyata keçirildiyi qeyd olunur: işçilərin xidməti vəsiqələri fəaliyyətini dayandırıb və onların bir çoxu faktiki olaraq əvvəlcədən xəbərdarlıq edilmədən işdən kənarlaşdırılıb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 20 İyul 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















