Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Qərb barmağını çərtib, qanını Ukraynanın “gözləri”nə sürtsə...

Qərb barmağını çərtib, qanını Ukraynanın “gözləri”nə sürtsə...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Dədə Qorqud”da Baybörənin dediklərini xatırlayırsınız yəqin: “Oğlum olduğunu ondan bilərəm ki, barmağını qanatsın, qanını gözümə çəksin; gözüm açılsa, oğlum Beyrəkdir!”

Qərb paytaxtlarının Ukraynanı nə dərəcədə xilas etmək istədiklərini onların yürütdükləri siyasət tam aydınlığı ilə göstərdiyi üçün heç “çeçələ barmaqları”nı çərtməyə də ehtiyac yoxdur.

Paris masasındakı “müzakirə” zamanı necə “qəmləndikləri” üzlərindən aydın göründü. Masada da tort dilimləri. Sanki Ukraynanı dilimləmişdilər. Kim bilir, bəlkə elə doğrudan da dilimləyiblər Ukraynanın qalan ərazilərini. 603 min kv.km-lik nəhəng ölkənin təqribən 120 min kv.km-i Rusiya tərəfindən ilhaq olunub. Amma Kreml razılaşmır, Ukraynadan daha çox ərazi istəyir. Avropanın “qırğıları” da verdiklərinə görə Kiyevdən pay umurlar.

Volodimir Zelenski isə Paris masasından nəticə gözləməyib, üstəlik, Ər-Riyaddakı danışıqlarını tanımayıb, üz tutdu Ankaraya. Çünki Türkiyə etibarlı müttəfiqdir, kişi dövlətdir, bunu elə Kiyevin ilhaq olunması planını əngəlləməklə növbəti dəfə isbat etmişdi. Baxmayaraq ki, bir sıra hallarda Ukrayna lideri qərbdəkilərin təhriki ilə Türkiyənin təşkil etdiyi masadan kənarda qalmağa üstünlük vermişdi. Amma dost, əsl müttəfiq çətin gündə tanınar, necə ki, Türkiyə tanınır.

Həmçinin bu günlərdə də Ukraynaya humanitar yardımını davam etdirən Azərbaycan! Savaşın ilk günlərində Türkiyə Ukrayna paytaxtının işğalını durdurmaq üçün “Bayraktar” göndərmişdisə, Qərbdəki “havadarlar” Kiyevə dəbilqə yardımı edirdilər. Bu gün yenə də Paris masasının havasını vuranlar var, guya Ukraynaya 700 milyard avroluq dəstək paketi qəbul olunacaq.

Zelenski “Associated Press”ə beləcə demişdi: “Ukraynanın müharibə zamanı ordunu dəstəkləmək üçün 200 milyard aldığı doğru deyil. Bütün bu pulların hara getdiyini bilmirəm”. Pulları kim yeyib, bilinmir, hətta Ukrayna prezidenti də xəbərsiz olduğunu deyir. İndi həmin korrupsionerlər, Ukrayna uşaqlarının fəlakəti üzərində xoşbəxtliklərini qurmağı hədəfləyənlər bu ölkəni xilasmı edəcək? İnandırıcı görünmür.

Rusiya-Ukrayna müharibəsinin hələ bir neçə il ərzində davam etdirilməsini hədəfləyiblər bəlkə də. Təkcə bu müharibədən yüz milyardlar qazanan silah mafiyası imkan verərmi? Bir anlıq düşünün, Yaxın Şərqdə sakitlik yaranmaqdadır, HƏMAS kifayət qədər zəiflədilib, Əl-Qaidə, İŞİD, husilər, Hizbullahın durumu bəlli. Silah istehsalçıları müasir silahları kimə satacaq? Yeni müharibə sahəsi hansı ölkə olacaq? Hələ bununla bağlı “yeni ideya”ların işə salınmasını görmürük. İran və Çinlə bağlı vəziyyət bəlli, həm də çox risklidir bu ölkələrlə açıq savaşa girmək. Odur ki, dünyanı barmağına dolayanlar üçün Rusiya-Ukrayna müharibəsi ən unikal variantdır. Qərbdəki ultra millətçilər üçün bu savaş həm də bir növ qisas aktıdır. Bir çoxları bəlkə də təəccüblənəcək. Amma bu il sovetlərin alman faşizmi üzərində qələbəsinin 80 illik yubileyidir. Putin yubileyə hazırlaşırdı və hətta 9 mayadək Ukrayna ilə də işləri bitirmək niyyətindəydi.

9 maya qərbdəkilərin baxışı necədir? Onlar İkinci Dünya Müharibəsində bir səngərdə döyüşərək qalib gələn “sovet ailəsi”nin iki böyük dövlətini üz-üzə qoymağı bacardılar, “NATO-ya, Avropa İttifaqına üzvlük” vədi ilə. Təsəvvür edin, təkcə bu müharibədə 2 milyonadək insan qırılıb, özü də “qardaş xalq”ların təmsilçiləri. Qərbdəkilərin əl-ayağı dəymədən, yaxud da onlardan kiminsə burnu qanamadan. Qərb təsisatlarının oynadığı rolları elə özləri açıb, ifşa edirlər. Məsələn, USAİD-in Ukrayna daxil, dünyanın bir çox ölkələrində hansı oyunlardan çıxdığını ABŞ rəhbərliyi bəyan etdi. Hətta COVİD19-un yayılmasını maliyyələşdirdiyi iddia edilib. Bu məntiqlə 5-6 il sonra Qərbdəki hansısa laboratoriyaların, paytaxtların Rusiya-Ukrayna müharibəsi üçün yüz milyardlar “xərclədiyi” ortaya çıxa bilməzmi?..

Qərbə simpatiyası olanlar yenə başlayacaqlar ki, bəs, burada Rusiyanın günahı yoxdurmu?

Əlbəttə, var, Rusiya işğalçıdır, Ukrayna ərazilərini ilhaq etməklə, dəhşətli müharibəyə səbəbkar olmaqla cinayətlər törədib və bütün bunlara görə cavab verməlidir! Rusiya o imperiyanın varisidir ki, Azərbaycanın tarixi ərazilərini tikə-parça edənlərdən biridir. Rusiya Azərbaycanın tarixi ərazilərində Ermənistan adlı forpostunu yaradandır.

Rus əsgərlərinin əli bizim Cümhuriyyətimizin qanına batıb, yüz minlərlə günahsız insanlarımızı məhv edib, Sibirdə çürüdüb, ziyalılarımızı ölümə göndərib, elə 1941-45-ci illərdə həlak olan 600 min nəfər vətəndaşımıza görə təşəkkür belə etməyi çox görüb, Ermənistandakı soydaşlarımızı deportasiya edib, 90-cı ildə Bakı qırğını törədib, 1992-ci ildə Xocalı soyqırımında iştirak edib, Qarabağın işğalında yer alıb. Robert Köçəryan elə dünən dedi, Rusiya Ermənistana havayı silahlar verib! Bütün bunlar bizim qan yaddaşımızdadır.

Rusiyanı tanıyırıq və ondan umu-küsü etməyə əsasımız yoxdur. Amma Qərb özünü “ədalət mücəssiməsi” kimi aparırdı axı...Söhbət Azərbaycana münasibətdən getmir. Qərb 20 Yanvarda da Qorbaçova çağırış edirdi ki, “ekstremistləri cəzalandır”. Qarabağ işğalda olanda da onların “ədalət”ini gördük. Bu gün də əl çəkmirlər, Zəfər qazanmağımızı həzm edə bilmirlər. Amma heç olmasa Ukraynanın taleyi ilə oynamazdılar.

Diqqət edin, separatçı Abxaziyada “seçki”lər keçirilib, Azərbaycan XİN dərhal mövqeyini bildirib, “seçki” tamaşasını tanımayıb.

Amma Qərbdən səs-soraq yoxdur, çünki Gürcüstan hakimiyyəti Avropadan, Amerikadan gələn sifarişləri icra etmir. Yəni bir ölkənin ərazi bütövlüyü şəxsi və digər maraqlara qurban verilir. Bəs beynəlxalq hüquq, ali dəyərlər? Belə görünür ki, onlar üçün dəyər anlayışı çoxdan arxaik ifadəyə çevrilib. Ukraynanı niyə NATO-ya üzv qəbul etmədilər? Yaxud Avrointeqrasiya təşəbbüsünün qarşılığında niyə Ukraynanın sinəsindən itələdilər, eynilə Türkiyəyə münasibətdə olduğu kimi! Hətta NATO Türkiyəsinə! Bu, “erməni soyqırımı”nı tanımayanlara cəza qanunu qəbul edən Qərbdir.

Bu, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə müqavimət göstərən, üstəlik, “907-ci düzəliş” adlı, sanksiyanı qəbul edən Qərbdir. Barmağını çərtib, qanını Ukraynanın “gözləri”nə sürtməsinə ehtiyac yoxdur, tanıyırıq!

Elşad Paşasoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri