Icma.az
close
up
RU
Qərb güc tətbiq etmək, etiraz aksiyalarını daha da alovlandırmaq niyyətindədir Xəyal Bəşirov şərh etdi

Qərb güc tətbiq etmək, etiraz aksiyalarını daha da alovlandırmaq niyyətindədir Xəyal Bəşirov şərh etdi

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Gürcüstanda parlament seçkilərində qalib gələn “Gürcü Arzusu” partiyası tərəfindən  Qərbin siyasətindən imtina etməklə bağlı konkret mövqe ortaya qoyulub”

Bu fikirləri Moderator.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib.

Politoloqun sözlərinə görə, “Gürcü Arzusu” partiyası və ona yaxın olan partiyaların təşkil etdiyi koalisiya artıq parlamentin iclasını keçirib və parlamentin iclası nəticəsində  Baş nazir də seçilib:

“Bir neçə gün sonra Gürcüstan Konstitusiyasına görə ilk dəfə xalq tərəfindən deyil seçki kollegiyası tərəfindən prezident seçkiləri də keçiriləcək. Çox güman ki, Gürcüstanın yeni prezidenti Kavelaşvili olacaq. Çünki Kavelaşvilinin prezident seçilmə şansı hazırkı prezident Zurabişvilidən daha çoxdur”.

Politoloq qeyd edib ki, Baş nazir İrakli Kobaxidze  Avropa İttifaqı ilə 2028-ci ilədək üzvlük danışıqlarının başlanması məsələsindən imtina etdiyini açıqlayıb:

 “Baş nazir Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə cavab olaraq sərt mövqe bildirib. Gürcüstan tərəfi atdığı bütün bu addımları onunla əlaqələndirir ki, Qərb onlara müstəqil dövlət kimi baxmır. Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra 20 il ərzində Gürcüstanın Avropa istiqamətində getdiyi o yolun üzərindən “Xarici agent”lər haqqında və LGBT-nin qadağan edilməsi haqqında qanunların qəbul edilməsi zamanı Qərb buna etiraz olaraq  Gürcüstanın avrointeqrasiya istiqamətində atdığı addımların qarşısını kəsmiş oldu. 

Hakimiyyət Avropa İttifaqına üzvlüyə namizədlik statusunu ləğv etdi və bir sıra digər addımlar atdı. Gürcüstanla Qərb ölkələri arasında baş verən bu proseslər onu göstərdi ki, bu,reallaşmalı olan məsələ idi”.

X.Bəşirov  hesab edir ki, Gürcüstanda etiraz aksiyaları  o dərəcədə geniş vüsət almayıbsa, Qərb dövlətlərinin inteqrasiya siyasətinin tərəfdarları, hazırkı hakimiyyəti dəstəkləyən şəxslərin tərəfdarları ilə müqayisədə daha azdır:

“Çünki insanlar 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında müharibəni alovlandıran və daha sonra Gürcüstanı sonuna qədər müdafiə etməyən Qərbə o qədər də etimad göstərmirlər. Gürcüstan cəmiyyəti Mixail Saakaşvilinin müqəddəratını, Ukraynada baş verən prosesləri, ondan öncə Moldovada gedən prosesləri gördülər və bundan nəticə çıxartdılar ki, Qərbin özünə lazım olan əsas  öz maraqlarıdır və bu maraqlar təmin olunana qədər  addımları atırlar. Daha sonra isə artıq o addımlarını davam etdirmirlər. Ona görə də, hazırkı iqtidar və  onların tərəfdarı Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə cavab olaraq bu mövqeyi sərgilədilər. Bu gün Ukraynada, Yaxın Şərqdə və o cümlədən də Cənubi Qafqazda, mövqeləri zəifləyən Qərb artıq anlayır ki,  güc tətbiq etmədən bu prosesləri reallaşdırmaq olmaz. Ona görə artıq güc tətbiq etmək, həm də etiraz aksiyalarını alovlandırmaq niyyətindədir. Hər bir halda baş verən proseslərin nəticəsi bunu göstərəcək. Düşünürəm ki, Gürcüstan cəmiyyəti ilə düzgün seçim edəcək”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri