Qərb mediası: Mossad agentləri İran generallarını zəng vasitəsilə hədələyiblər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İsrail kəşfiyyatçılarının əməkdaşları yüksəkrütbəli iranlı generallara dəfələrlə zəng edərək hədə-qorxu gəliblər və onlara ailələri ilə birlikdə qaçmağı məsləhət görüb, əks halda ölümlə üzləşəcəkləri barədə xəbərdarlıq ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat verib.
Qeyd olunur ki, İsrailin 13 iyunda "Yüksələn şir" əməliyyatı çərçivəsində İrana zərbələr endirməyə başlamasından bir neçə saat sonra ən azı 20 yüksəkrütbəli İran rəsmisinə zəng edilib.
Məlumata görə, çox güman ki, yəhudi dövlətinin əsas casus agentliyi olan "Mossad"da işləyən İsrail kəşfiyyatçıları hədə-qorxu yolu ilə ölkə rejimini parçalamaq niyyəti ilə yüksəkrütbəli İran rəsmilərinə zəng ediblər. Təhdidlər İran rəsmilərinə fars dilində çatdırılıb.
Qəzet yazır ki, hədə-qorxu kampaniyası İran rejiminin ortasəviyyəli məmurlarında qorxu yaratmaq və ali rəhbər Əli Xameneiyə İsrail qüvvələri tərəfindən öldürülən yüksəkvəzifəli məmurları əvəzləməyi çətinləşdirmək məqsədi daşıyıb.
Baxış sayı:121
Bu xəbər 24 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















