Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

“Qərbi Azərbaycan folkloru” seriyasından dördüncü kitab nəşr edilib

“Qərbi Azərbaycan folkloru” seriyasından dördüncü kitab nəşr edilib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Qərbi Azərbaycan folkloru” seriyasının IV cildi çap edilib.

SİA-nın məlumatına görə, institutdan bildirilib ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabdakı materiallar müxtəlif illərdə filologiya elmləri doktoru Hikmət Quliyev, filologiya elmləri doktoru Səfa Qarayev və fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) tərəfindən toplanıb. Kitabın tərtibçisi və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızıdır (Süleymanova). Kitabın elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.

Bu kitabdakı materiallar Bakı və Naftalan şəhərlərində, Şəki və Goranboy rayonlarında və Türkiyə Cümhuriyyətinin İğdır bölgəsində məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən toplanıb. Toplu “Mifoloji mətnlər, əfsanə və rəvayətlər”, “İnanclar”, “Türkəçarələr və bitkilər haqqında məlumat”, “Yuxuyozmalar”, “Etnoqrafik mətnlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Bayatı, nanay və mahnılar”, “Ağılar”, “Atalar sözləri və deyimlər”, “Alqışlar”, “Oyun və tamaşalar”, “Adlar” bölmələrindən ibarətdir.

Kitabda toplanan materiallar zəngin Azərbaycan folklorunun əsas janrlarını əhatə etməklə yanaşı, bölgəyə məxsus yerli variantları, dil və üslub xüsusiyyətlərini, eləcə də spesifik folklor çalarlarını özündə birləşdirir. Topluda təqdim olunan 20-dən artıq nağıl nümunəsi — “Şahzadə Saleh”, “Qəşəmin nağılı”, “Atı üç qıçlı Göygöz Kosa”, “İlan oğlan Mirzəbəy və şah qızının nağılı” və digərləri — həm süjet və motiv baxımından, həm də söyləyicilərinin qoruduğu ənənəvi təhkiyə üslubu ilə diqqət çəkir. Həmin mətnlərin söyləyicilərinə nəzər yetirəndə onların əksəriyyətinin ötən əsrin əvvəllərində Göyçə və Dərələyəz mahalları, Zəngibasar, Qarakilsə və Basarkeçər rayonlarında doğulduğu məlum olur. Bu isə tədqiqatçılara əvvəlki dövrün folklor söyləyiciliyi ilə müasir dövrün folklor söyləyiciliyi arasındakı fərqləri görməyə imkan verəcək. Yerli koloritin canlı şəkildə əks olunduğu mətnlər, Azərbaycanın şifahi ənənəsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşrdə yer alan folklor nümunələri spesifik xüsusiyyətləri ilə də seçilir. Belə ki, indiyədək toplanmış mətnlərdə “ocağın küsüb yerini dəyişməsi” ilə bağlı təsvirə rast gəlinmədiyi halda, bu topluda Göyçə mahalının İnəkdağı kəndinin sakinin söylədiyi bir rəvayətdə bundan söhbət gedir. Yaxud ilin axır çərşənbəsində icra olunan fallarla bağlı indiyədək çoxsaylı faktlar qeydə alınsa da, topluya bu fallarla bağlı yeni nümunələr daxil edilib. İnanclar bölməsində verilmiş “Çatma qurmaq”, “Tac qurmaq”la bağlı mətnlər də (bir-birinin variantıdır) bu qəbildəndir. Kitabda oyunlarla yanaşı, tamaşalara da yer verilib. Söz oyunlarının isə yenilik olduğunu vurğulamalıyıq. Əslində bu, Azərbaycan folkloru üçün xarakterikdir. Sadəcə, indiyədək nəşr olunmuş toplularda bu tipli mətnlərlə ya qarşılaşmırıq, ya da çox az rastlaşırıq deyə bunu da yenilik hesab etmək olar. Söz oyunlarında əsas məqsəd qarşısındakını çaşdırmaq, bu vasitə ilə onun zəkasını yoxlamaq idi. Bu mətnlər dinləycilərə diqqəti toplamaq, onu yönəltmək, sürətli düşünmək, cəld qərar vermək və s. kimi vərdişlər də aşılayırdı.

Azərbaycanın müxtəlif bölgələrində maraqlı şəxs adlarına çox rast gəlinsə də, bunların toplanılması, araşdırılması diqqətdən kənarda qalmışdı. Halbuki şəxs adlarının sistemli şəkildə öyrənilməsi bir çox mətləblərdən xəbər verə bilər. Bunu nəzərə alaraq topluya daha çox Qərbi Azərbaycan əhalisi arasında yayğın olan şəxs adlarını da daxil etmək məqsədəuyğun hesab edilib.

“Qərbi Azərbaycan folkloru” seriyasının IV cildi kimi təqdim olunan bu kitab tarixi Azərbaycan torpaqlarının əzəli sakinlərinin – Qərbi azərbaycanlıların mənəvi dünyasının, tarixi yaddaşının və dil-üslub xüsusiyyətlərinin qorunub gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri