Icma.az
close
up
RU
Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub

Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Qərbi Azərbaycan İcmasının inzibati binasında “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar” və “Qərbi Azərbaycan: tarixi yaddaşımız” kitablarının, eləcə də “Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsi və onun yekun sərgisi əsasında tərtib edilmiş Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Vətənim Qərbi Azərbaycan” albom-kataloqunun təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından bildirilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, təqdim edilən nəşrlər və sərgi Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və milli kimliyin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu təşəbbüslər eyni zamanda gələcək nəsillərə sağlam tarixi yaddaşın ötürülməsi və Ermənistan tərəfindən aparılan saxtalaşdırılmaların ifşası məqsədini daşıyır.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov vurğulayıb ki, bu nəşrlər sadəcə tarixi araşdırma deyil, həm də kollektiv yaddaşın dirçəlməsinə yönəlmiş strateji sənədlərdir. Tarixi faktlara əsaslanan bu tədqiqatlar Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təqdimatı üçün önəmli rol oynayır.

İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu təşəbbüslər tarixi reallıqların sənədləşdirilməsi, mədəni yaddaşın qorunması və milli kimliyin gələcəyə daşınması baxımından nümunəvi yanaşmadır. Deputat qeyd edib ki, hər üç nəşr bir-birini tamamlayaraq Qərbi Azərbaycan həqiqətlərini çoxşaxəli şəkildə təqdim edir.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, Keşişkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova çıxışında qeyd edib ki, nəşrlər tarixi təhriflərin qarşısının alınmasında mühüm rol oynayacaq. O bildirib ki, Qərbi Azərbaycanlıların keçmişi, mədəniyyəti və yaşadığı faciələr bu kimi elmi əsaslı sənədlərlə daha geniş auditoriyalara çatdırılmalıdır.

Milli Məclisin deputatı Fazil Mustafa bu təşəbbüsü milli yaddaşın bərpasına yönəlmiş kompleks və vacib addım kimi dəyərləndirib və vurğulayıb ki, elmi faktlar, icmal məlumatlar və rəsm əsərləri vasitəsilə tarixə yanaşmaq həm rasional, həm də emosional dəyərləndirməyə imkan verir.

İcmanın Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, ADPU-nun kafedra müdiri, Əməkdar elm xadimi Fərrux Rüstəmov çıxış edərək bu təşəbbüsün davamlı xarakter daşımasının zəruriliyini vurğulayıb.

Sonda çıxış edən, təqdim olunan iki kitabın müəllifi, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa, İcma rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. O deyib ki, “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Qərbi Azərbaycan: tarixi yaddaşımız” və “Vətənim Qərbi Azərbaycan” adlı bu nəşrlər Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı strateji yanaşmasından və elmə-təhsilə göstərdiyi xüsusi qayğıdan qaynaqlanaraq hazırlanıb. Müəllifin sözlərinə görə, kitablar Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla sistemləşdirilməsi və milli yaddaşın qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri