“The europa today” nəşri Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən məqalə yayıb AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 27 dekabr, AZƏRTAC
Qərbi Azərbaycan həqiqətlərindən və azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına geri qayıdış hüququndan bəhs edən “Geri qayıdış hüququ: Bizim ədalət və barışıq çağırışımız” adlı məqalə Londonda yayımlanan “The europa today” nəşrində və 8 dildə fəaliyyət göstərən “Gulf observer” media resursunda dərc olunub.
AZƏRTAC xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri-sözçüsü Ülviyyə Zülfiqarın müəllifi olduğu məqalədə ötən əsr ərzində baş vermiş sonuncu - 1987-1991-ci illər deportasiyasında 300 min azərbaycanlının öz evlərindən zorla çıxarıldığı bildirilir.
Qeyd olunur ki, Qərbi azərbaycanlıların bir araya gəldiyi İcma özünün Qayıdış Konsepsiyasını qəbul edib və bu gün onlar öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq uğrunda hüquqi mübarizəni davam etdirirlər.
Məqalədə İcmanın qarşı tərəfə dialoq çağırışı etməsinə, soydaşlarımızın hüquqlarının bərpasının regionda daha dayanıqlı və uzunmüddətli barışığa nail olunmasında roluna toxunulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















