Icma.az
close
up
RU
Qərbi Azərbaycan mətbuatı: aktual və maraqlı tədqiqat predmeti Abid Tahirli yazır

Qərbi Azərbaycan mətbuatı: aktual və maraqlı tədqiqat predmeti Abid Tahirli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Abid TAHİRLİ

Mətbuatın tədqiqi tarixin, Vətən sərhədlərinin, toponomiyanın, etnoqrafiyanın, mədəniyyətin, ədəbiyyatın, elmin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun, sosial-iqtisadi, siyasi proseslərin izlənilməsi, öyrənilməsinin mühüm amilidir. Kiçik bir misala nəzər salaq: Ceyhun Hacıbəylinin XX əsrin ikinci onilliyində "Kaspi" qəzetində ədəbiyyat, mədəniyyət, din, təhsil, incəsənət, xeyriyyə, hərb, maarif problemlərinə həsr etdiyi silsilə məqalələri onu dövrünün tarixini yazan salnaməçi-publisist kimi yetişdirib. Bu yazılar mötəbər, etibarlı mənbə kimi tarix dərsliyi səviyyəsində bilgilərlə zəngindir.

Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Səid və Cəlal Ünsizadə qardaşlarının, Məhəmməd Ağa Şahtaxtlının, Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının, Əhməd bəy Ağayevin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Haşım bəy Vəzirovun, Məhəmməd Əmin Rəsulzadənin və başqalarının yaxından əməkdaşlığı və redaktorluğu ilə XIX əsrin sonu, XX əsrin əvvəllərində nəşr olunan "Əkinçi","Ziya", "Ziyayi Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Füyuzat", "İqbal", "Açıq söz" və digər mətbuat səhifələrində maarifçilik ideyaları yayılıb, millətin taleyüklü problemləri müzakirə edilib, milli ideologiyanın, dövlətçilik təfəkkürünün formalaşması, mədəniyyət, ədəbiyyat, dil məsələlərinə diqqət verilib. Odur ki, dövrü nəşrlər bu gün də aktual və gərəkli olan sanballı tədqiqat predmetidir.

44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra Ermənistanla münasibətlər yeni məzmun alıb. Əbədi, əzəli torpaqlarımızda himayədarlarının maddi, mənəvi yardımı ilə özlərinə oyuncaq dövlət quran mənfur qonşuların çirkin iddiaları onlara Ermənistan Respublikasının Azərbaycanın tarixi ərazisində yaradıldığını tez-tez xatırlatmağı labüd edir. Əlbəttə, bunun üçün kifayət qədər tarixi sənədlər, arxiv materialları var. Onlarla bir sırada vaxtı ilə İrəvanda buraxılan dövrü nəşrlər, o cümlədən "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə nəşr olunmuş "Ləklək" ("Leylək") satirik jurnalı və elmi, ədəbi, fənni, tarixi, siyasi, iqtisadi, tibbi istiqamətdə fəaliyyət göstərən "Bürhani-həqiqət" məcmuəsi inkarolunmaz həqiqətlərin güzgüsüdür. Həmin nəşrlərin tədqiqi indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisində mövcud olmuş, lakin erməni vəhşiliyi, vandalizmi və barbarlığı nəticəsində dağıdılmış tarixi abidələrin, mədəni, ədəbi irsimizin üzə çıxarılması, dilimizin zənginliyi, adət-ənənələrimizin gözəlliyi, maariçilik hərəkatının yayılması istiqamətində həyata keçirilən tədbirlərin qeyd-şərtsiz təsdiqidir. Ərəb əlifbası ilə buraxılan və nadir tapılan həmin nəşrlərin əlçatanlığını təmin etmək üçün onların transliterasiyası, nəşriböyük zəhmət fədakarlıq, milli dəyərlərə tükənməyən sevgi tələb edir. Bu çətin, məsuliyyətli, həm də şərəfli işin öhdəsindən tanınmış jurnalist, yazıçı-publisist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir layiqincə gəlib.

Şəfəq Nasir "Ləklək" və "Bürhani-həqiqət" jurnallarının tam mətnini ərəb əlfbasından latına peşəkarlıqla transliterasiya edib, ön sözlə birlikdə ayrı-ayrı kitablar şəklində nəşrinə nail olub. Hər iki jurnal Qərbi Azərbaycanın ictimai, ədəbi-mədəni mühitini, soydaşlarımızın həyat tərzini, dünyagörüşünü, istək və arzularını, problemlərini, eləcə də milli adət-ənənələri, yer-yurd adlarını, dilimizin leksik tərkibini, dialekt, şivə və ləhcələrini tədqiq etmək üçün etibarlı, səhih mənbələrdəndir. Şəfəq Nasir 22 fevral 1914-cü ildən 30 iyun 1914-cü ilədək İrəvanda Azərbaycan dilində nəşrə başlayan "həftəlik məzhəkəli məcmuə"nin - "Ləklək" jurnalının bütün nömrələrinin (cəmi 12 nömrə) tam mətnini özündə ehtiva edən kitabına ("Bakı mətbəəsi" ASC, 2020 148 s.) yazdığı geniş həcmli "Ön söz əvəzi"ndə əsasən azərbaycanlıların yaşadığı şəhərdə maarifçilik hərəkatının aparıcı simalarından sayılan, satirik şeirləri, məqalələri ilə nüfuz qazanmış Cabbar Əsgərzadənin (Bağçaban) mətbuat yaratmaq üçün fədakarlıqla çalışdığını diqqətə çatdıraraq yazır: "Bu çətin və böyük zəhmət tələb edən işi görməkdən ötrü gecə-gündüz çalışır, yollar axtarır, görəcəyi işləri götür-qoy edirdi. Onun yaradacağı nəşr orqanı ilə bağlı özgür baxışı, səliqəsi, mövzulara yanaşma forması və üsulu vardı. Çünki yaşadığı İrəvan mühitinin canlı mənzərəsi - soydaşlarının ictimai halı, avamlıq və mütiliyin doğurduğu korafəhmlik, məktəbdən, elmdən, təhsildən məhrum olan gözübağlı müsəlman balalarının acınacaqlı taleyi Cabbar Əsgərzadənin ürəyini ağrıdırdı..."

Ön sözün müəllifi bundan sonra C.Əsgərzadənin həyat və yaradıcılıq yoluna nəzər salır, ədəbi, publisistik irsi, imzaları, Bakıdakı silahdaşları ilə əlaqə və əməkdaşılığından, İranın maarif və mədəniyyətinə verdiyi töhfədən söz açır. Bu zaman Şəfəq Nasir Cənubi Azərbaycan ədəbi mühitinin tədqiqatçısı Zahid Əkbərovun Cabbar Əsgərzadənin həyatı və ədəbi fəaliyyəti ilə bağlı gördüyü işləri də qədirbilənliklə vurğulayır. Təqdirəlayiqdir ki, Şəfəq Nasir kitabın sonunda məcmuə materiallarındakı bəzi ərəb, fars mənşəli sözlərin lüğətini də təqdim etmişdir.

Şəfəq Nasir səriştəli tədqiqatçılara xas yüksək peşəkarlıqla "Ləklək" jurnalının yaranmasını şərtləndirən amilləri, o cümlədən "Molla Nəsrəddin" jurnalının rolunu göstərdikdən, dövrün ictimai-siyasi mənzərəsini təsvir etdikdən sonra nəşrin proqramı, ideyası, mövzusu, dili, üslubu, sənətkarlıq məsələləri, yaradıcı heyəti haqqında söz açır. O, jurnalın ideyasından bəhs edərkən göstərir ki, nəşrin əsas missiyası elmin, təhsilin, mədəniyyətin tərəqqisinə əngəl olan, milli şüurun oyanmasını buxovlayan dini fanatizmin, mövhumatın, cəhalətin, nadanlığın tənqidi, mütərəqqi dəyərlərin təbliği idi. Bu zaman Şəfəq Nasir fikirlərini məcmuənin materiallarından gətirdiyi konkret nümunələrdən istifadə edərək əsaslandırır. Ön sözdə diqqətimizi çəkən məqamlardan biri də Şəfəq Nasirin "Ləklək" jurnalının dərindən və hərtəfli araşdırılmasının zəruriliyi, məcmuədə dərc edilmiş məqalələrin təhlili və araşdırılmasının aktuallığı ilə bağlı irəli sürdüyü müddəalardır. O, üzdəniraq qonşularımızın Qərbi Azərbaycanla bağlı milli, maddi sərvətimizi mərhələ-mərhələ dağıtdığını, tariximizi saxtalaşdırdığını, ona qərəzli münasibət bəslədiyini təəssüflə bildirir və qətiyyətlə bəyan edir ki, tarixindərinə işləmiş kökünü məhv etmək mümkünsüzdür.

Şəfəq Nasirin qənaətləri əsaslı, sanbalı və inandırıcıdır. "Ləklək" jurnalında və bu qəbildən olan digər nəşrlər, əlyazmalar, arxiv sənədləri Qərbi Azərbaycanla bağlı bütün istiqamətlər üzrə əsaslı tədqiqatlar aparılmasına, həqiqətin üzə çıxarılmasına və ədalətin bərpasına imkan verir.

İrəvanda Azərbaycan mətbuatı tarixində "Ləklək" (1914) məcmuəsindən sonra "Bürhani-həqiqət" (1917), "Cavanlar şurası" (1917), "Kommunist" (1921), "Rəncbər" (1921-1922), "Zəngi" (1924-1927), "Qızıl Şəfəq" (1927-1937), "Kommunist" (1937-1939), "Sovet Ermənistanı" (1939-1989) kimi dövrü nəşrlər də fəaliyyət göstərib. Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, Şəfəq Nasir Əli Hacı Zeynalabdinzadə Rəhimovun baş redaktorluğu və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə ayda iki dəfə nəşr olunmuş "Bürhani-həqiqət"in də bütün materiallarının mətnini əski ərəb əlifbasından latına transliterasiya edərək kitab halında nəşrinə nail olub. O, kitabın sonunda ərəb və fars mənşəli çətin anlaşılan sözlərin də lüğətini təqdim edib. Hələ jurnalla ilk tanışlıqdan İrəvanda soydaşlarımızın ictimai halı, ermənilərin onlara yaşatdığı ağrılar haqqında məlumatlardan xəbərdar olan tədqiqatçı məcmuənin transliterasiya olunmasını zəruri saydığından ağır zəhmət və fədakarlıq tələb edən bu işə böyük sevgi və məsuliyyətlə yanaşıb.

Şəfəq Nasir kitaba yazdığı "İrəvanda Azərbaycan mətbuatı: "Bürhani-həqiqət" adlı ön sözdə qarşıya qoyduğu məqsədini belə izhar edir: "Məqsədim "Bürhani-həqiqət" jurnalını nəfis tərtibatla nəşr etdirməklə qədim İrəvan quberniyasının ictimai-siyasi mənzərəsini, ədəbi-mədəni mühitini, zəngin mədəniyyətini, soydaşlarımızın həyat və məişətini aydın əks etdirən bu yazılı abidəni yaddaşımızda yaşatmaqdır". Fikrimizcə, iddiaçı məqsədinə tam nail olub. Şəfəq Nasir ön sözdə cəmi 9 nömrəsi işıq üzü görmüş (1 yanvar 2017 - 29 iyun 1917) məcmuənin materiallarını mövzu, ideya və sənətkarlıq baxımından dəyərləndirib, müvafiq elmi-nəzəri qənaətlər hasil edib.

Şəfəq Nasirin tədqiqatçı kimi mühüm məziyyətlərindən ən başlıcası budur ki, təqdim etdiyi hər iki jurnala yazdığı ön sözündə mətnləri təhlilə cəlb etməklə onların təqib etdiyi missiyanı, ideyanı, maarifləndirici xüsusiyyətləri nəzərə çatdırır, ictimai təsiri açıqlayır. Mütləqdir qeyd edək ki, jurnalın birinci sayından başlamış, sona qədər yer alan müxtəlif mövzuda və məzmunda ciddi siyasi, ictimai ruhda mətnlər, ədəbiyyata dair öyrədici yazılar, nəzm və nəsr əsərləri, hikmətli sözlər, cəmiyyəti-xeyriyyə işləri barədə məlumatlar, yeni nəşr olunmuş kitablar, məişətlə bağlı elan-bildirişlər haqqında Şəfəq xanımın təhlil siqlətli yazıları ayrıca məqalə və tezislər statusundadır.

Kitaba yazılmış ön sözün belə əhatəli, elmi-ədəbi formada təqdimi jurnala böyük maraq oyadır, yeni tədqiqatçı nəslini Qərbi Azərbaycanla, İrəvanla bağlı fərqli bir aspektdən araşdırmalara sövq edir. Şəfəq Nasirin hər iki jurnalla bağlı fikirləri də məhz bu ideyaya əsaslanır.

Müstəqil Azərbaycanın regionda və bütün dünyadakı hazırkı siyasi nüfuzu, iqtisadi, hərbi gücü Qərbi Azərbaycanın ədəbi-bədii, mətbu irsinin yenidən, obyektiv tədqiqi, dəyərləndirilməsi, bu coğrafiyada baş verən olaylara tarixi qiymət verilməsi və uyğun nəticələr çıxarılması üçün münasib şərait və imkanlar yaradıb. Bu baxımından yuxarıda adı çəkilən məcmuələrin və ideya, mövzu cəhətdən eyni amallı digər nəşrlərin də yeni baxış bucağından araşdırılması təxirəsalınmaz vəzifə kimi qarşıda durur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see241

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Duma Ukrayna ilə danışıqları mümkün dondurulmasını müzakirə edib...

06 Dekabr 2025 05:28see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri