Icma.az
close
up
RU
“Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” elmi seminar

“Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” elmi seminar

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəliyə salınaraq prioritetə çevrildiyini bildirib. Qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər bu məsələ ölkəmizin gündəliyindən çıxmayacaq. Bu istiqamətdə BDU-nun Tarix fakültəsi və Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan: Yurd yerimizə sahib çıxaq” adlı birgə layihəsi mövcuddur. Layihə çərçivəsində Qərbi Azərbaycan tarixinin aktual problemlərinə həsr olunan elmi seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd Qərbi Azərbaycanda kütləvi şəkildə dəyişdirilən bütün hidronim, mahal, kənd, şəhər və digər toponimlərin, erməni vandalizminə məruz qalmış və dağıdılmış dini, tarixi, milli abidələrin xəritələşdirilərək öz əvvəlki adı ilə ölkə və dünya ictimaiyyətinə çatdırılması, təbliğ olunmasıdır.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix elmləri doktoru dosent Güntəkin Nəcəfli dövlətimizin bugünkü sərhədlərindən kənarda qalan böyük etnosiyasi coğrafiyamız - Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli dəyərlərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi məsələlərindən danışıb. O, Qərbi Azərbaycandakı tarixi yaddaşımızın bərpası üçün ermənidilli mənbə və ədəbiyyatların tədqiqatlara cəlb edilməsinin tarixşünaslığın qarşısında ən önəmli vəzifəyə çevrildiyini deyib: “Müasir Ermənistanın ərazisinin, Qərbi və Şərqi Zəngəzurun, Qarabağın dağlıq hissəsinin mənsubiyyəti məsələsinə qeyri-obyektiv yanaşma, bu torpaqların “əsrlər boyu ermənilərə məxsus olması”, “ermənilərin bu torpaqlarda çoxluq təşkil etməsi” kimi saxta iddialar erməni tarixşünaslığının əsaslarına çevrilib. Onların yalanlarının geniş və sistemli şəkildə yayılmasında XVIII əsrin əvvəllərindən başlayaraq erməni mxitarist ordeninin xüsusi “xidməti” olub. Cəmiyyətin üzvləri “yenidən bərpa” adı ilə müxtəlif xalqların mifologiyasına əsaslanan “erməni əfsanələri”ni “tarixi mənbə” kimi təqdim edərək Venesiyada nəşr etdiriblər. Nəticədə isə “Hayların tarixi” adlanan kitablar bütün dünyaya “Ermənistan tarixi” kimi təqdim olunub. Bu, saxta tarixin zorla qəbul etdirilməsidir”.

Məruzə zamanı saxtalaşdırılmış erməni mənbələrindən nümunələr, arxiv sənədləri və digər faktoloji materiallar nümayiş etdirilib. Seminarda ölkəmizin hüdudlarından kənarda Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqına qarşı zaman-zaman ermənilər tərəfindən törədilmiş soyqırımı və deportasiyalar bu cür tədbirlərdə konkret faktlarla, elmi əsaslarla geniş auditoriyaya çatdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri