Icma.az
close
up
RU
Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir

Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün harada yaşamasından asılı olmayaraq əslən Qərbi Azərbaycandan olan hər kəsin şüurunda, qəlbində, xatirələrində öz doğma el-obası var. Uzun illər boyu ermənilərin tarixi ərazilərimizdə törətdiyi insanlıq cinayətləri, ermənilərin əli ilə Sovet İttifaqının torpaqlarımıza hərbi-siyasi təcavüzü və bunun nəticəsində verdiyimiz itkilərin ağrı-acısı xalqımızın qəlbində qanayan ən böyük yaradır. Vətən, yurd sevgisi tərifi olmayan bəşəri hissdir. Vətən anadır, ruhumuzun əsla ayrılmaz hissəsidir, əcdadlarımızın bizə qoyduğu mirasdır. Biz Qərbi azərbaycanlıların isə ruhu da, sevgisi də torpaqları kimi əsirdir. Biz əsirlikdə qalan ruhumuza, el-obamıza can atırıq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri müsahibəsində əslən Qərbi Azərbaycandan olan Türk Mədəniyyət Platformasının rəhbəri, sosial elmlər üzrə mütəxəssis, tədqiqatçı-yazıçı Metin Yıldırım deyib.

Əsrlər keçsə də insanın öz tarixini yaddaşına həkk etdiyini, hər bir sevincini və kədərini ruhuna qazıdığını və bu bəşəri hisslərin nəsildən-nəslə ötürüldüyünü vurğulayan həmsöhbətimiz bildirib: “İnsanın yaddaşı heç nəyi unutmur. Qərbi Azərbaycan həqiqətləri də bizim yaddaşımıza həkk edilən, ruhumuzun əsir olduğu tarixi həqiqətdir. Bəziləri uzun illər bizə yaşadıqlarımızı unutdurmağa, yaddaşlardan silməyə, bununla da öz riyakar əməllərini ört-basdır etməyə çalışdılar. Lakin alınmadı. Çünki tarix saxtakarlığı sevmir, necə yaşanırsa elə də yaddaşda qalır”.

Nənə-babası və digər qohumlarının Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından min cür işgəncələrlə qovulduğunu və bunun ailəsi üçün əsla sağalmayan bir yara olduğunu deyən müsahibimiz sözlərinə belə davam edib: “Babam, nənəm və digər qohumlarım ermənilər tərəfindən çox böyük işgəncələrə məruz qalıblar. Bunu necə yaddan çıxarmaq olar? Hər dəfə xatırlayanda qəlbimdə əsla sağalmayan bir yaranın yenidən qanadığını bütün ruhumla hiss edirəm. Yada salmaq belə insana çox böyük ağrı verir. Nənəm Səkinə xanım, İrəvandakı məşhur Göy məscidin yaxınlığında yerləşən bir evdə dünyaya gələn üç uşaqdan biri olub. Beş yaşına gəldikdə isə onlar ailəliklə İrəvandan qovulublar. O günlərə aid xatirələri həm nənəm, həm de onun bacısı Şövkət xanımdan dinləmişəm. Nənəm, ermənilərin ailəsinin başına gətirdiyi müsibətləri hər danışdığında bunu unutmamağımızı, gələcək nəsillərə çatdırmağımızı çox istəyirdi. Səkinə xanım hər sözə başladığında el-obasının, oranın təbiətinin gözəlliyi, insanlarının xoşbəxt yaşamasından, mehribanlığından bəhs edirdi. Deyirdi ki, hamı biri-birinin üzünə təbəssümlə baxırdı, toyları da, yasları da birlikdə keçərdi. Lakin, bütün bunlar 1900-cü ilə qədər davam edib, sonrası isə çox ağır olub. Bir gün səhər tezdən nənəmin anası həyəcanla evə girib yoldaşına hindəki bütün toyuqlarının boğulduğunu deyib. Babası bunu yaxın erməni qonşularımızdan soruşanda isə ona tezliklə bütün ailəsini o toyuq kimi boğub öldürəcəklərini deyiblər. O, ermənilərin təhdidlərindən qorxaraq gecəylə ailəsini şəhərdən çıxarmağa məcbur qalıb. Piyada Araz çayını keçərək İğdıra gəlib və orada yaşamağa davam ediblər. Təsəvvür edin, evlərini-eşiklərini İrəvanda qoyub gəliblər, heç nələri olmayıb. Təbii ki, bu, onlar üçün çox çətin olub”.

“Nənəm hər gün saat 3-də radioda Azərbaycan muğamlarını dinləyir, ağı deyirdi. Yazıq, Vətənim deyə-deyə köçdü bu dünyadan. İnsana bundan daha böyük işgəncə ola bilərmi?”, - deyə yazıçı xatırlayır.

Metin Yıldırımın ailəsi təkcə İrəvanda deyil, İğdırda da erməni vəhşiliyinə məruz qalıb: “Babam İğdırın Yayıcı kəndində yaşayıb. 1919-cu ilin sentyabr ayında o azğınlaşan erməni quldurlarının amansız vəhşiliklərindən qaçaraq İrana sığınıb. Sonra yenidən İğdıra qayıdıb”.

Yazıçı babasının başına gələnləri Rusiya çarlığının dağılmasından sonra silahlı ermənilərin İğdır və ətraf bölgələrdə törətdiyi qırğından bəhs edən “Nora ile Şir Mehmet” kitabında qələmə alıb. Kitabın qəhrəmanı, yəni, müsahibimizin babası Şir Mehmet Nora adlı bir erməni qızına aşiq olur. Lakin, ermənilər buna qarşı çıxır və Şir Mehmet bir türk qızı ilə evlənir. Aradan bir müddət keçdikdən sonra isə ermənilər kəndə basqın edir və qırğınlar törədirlər. Bu qırğınlar zamanı ermənilər Şir Mehmetin həyat yoldaşı, anası və 15 qohumunu onun gözləri önündə öldürürlər. Şir Mehmet iki və altı yaşlı iki qızını kənddən çıxarmağa cəhd etsə də kiçik qızı qucağında öldürülür. Böyük qızı ilə birlikdə İrana sığınan Şir Mehmet bu övladını da malyariya xəstəliyindən itirir. Bütün bunlara baxmayaraq Şir Mehmet həyat mübarizəsindən əl çəkmir. O, gah Xoy şəhərinin müdafiəsində, gah da Ənvər Paşanın Buxara döyüşlərində iştirak edir. Türkiyə Respublika elan olunandan sonra isə o, İğdıra qayıdır.

“Babam sonradan yenidən ailə qurub və biz bu evlilikdən dünyaya gələn uşaqların övladlarıyıq. Babam Şir Mehmetin qələmə aldığım həyat hekayəsi Anadoludakı hər bir türkün yaşadığı faciəni əks etdirir. Mən babamın yaşadıqlarını bir kitab vasitəsilə insanlara çatdırmaq istədim. Dünya erməni vəhşiliyini görməli, bilməlidir. Onların qanlı əməlləri çox evlərdəki ocaqları söndürüb, o atəşi insanların qəlbinə salıb”, -deyə yazıçı bildirib.

Son iki əsr ərzində ermənilərin türklərə qarşı törətdikləri soyqırımı siyasətinin üstünün örtülməyə çalışıldığını deyən həmsöhbətimiz sözlərinə davam edib: “İnsanlığa qarşı, xüsusilə etnik zəmində, böyük bir vəhşiliklə törədilən bu cinayətləri necə unutdura bilərdilər? Bir də, həqiqət hər zaman üzə çıxmağın yolunu tapır. Tarix isə heç bir cinayəti bağışlamır. Biz öz tarixi yurdumuza - Qərbi Azərbaycana qayıdacağıq, buna heç şübhəm yoxdur. Çünki bu, bizim tarixi, mənəvi və bəşəri haqqımızdır. Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycanın bu gün öz gücü ilə Qarabağa və Şərqi Zəngəzura başlatdığı Böyük Qayıdışın biz, Qərbi azərbaycanlılar üçün də çox yaxın olduğunu bilirəm. Qərbi azərbaycanlıların hüquqları bərpa olunmalıdır, soydaşlarımız İrəvana, Goyçəyə, Dərələyəzə, Ağbabaya, Vedibasara, Nüvədiyə və digər el-obalarına qayıtmalıdırlar. İndi bizim qarşımızda Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Bu, bizim min cür işgəncələrlə el-obasından qovulan, misli görülməmiş işgəncələrə məruz qalan nənə-babalarımızın ruhları qarşısındakı ən böyük borcumuzdur”.

Qeyd edək ki, 1919-cu il sentyabr ayının 13-də ermənilər İğdırın Yaycı kəndində soyqırımı törədərək əhalisini öldürüblər. 15 nəfəri isə bir evə salaraq diri-diri yandırıblar. İğdırın Oba və Hakmehmet kəndində də amansız qətliamlar törədilib. Hakmehmet kəndində törədilən qırğınlarda insanlar diri-diri su quyularına atılıb, ata-analarının gözləri önündə övladların başı kəsilib, yandırılıb. 1919-cu il 13 sentyabr hadisələrində ermənilər tərəfindən öldürülən türklərə aid kütləvi məzarlar 1986-cı ildə Oba kəndində aparılan qazıntılar nəticəsində üzə çıxarılıb. Bu məzarlardan erməni daşnak dəstələri tərəfindən öldürülmüş 90 türkün qalıqları tapılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Fevral 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri