Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Düşmənin dilini bilmədən ona qalib gəlmək olmaz Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Düşmənin dilini bilmədən ona qalib gəlmək olmaz Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Bakı Dövlət Universitetinin (BDU) Erməni Araşdırmaları və Təlim Mərkəzinin (EATM) direktoru, ermənişünas alim İsmayıl Tanrıverdi olub.

O, rəhbərlik etdiyi mərkəzin yaranma zərurətindən, görülən işlərdən geniş söhbət açıb. Bildirib ki, mərkəz 2012-ci ildən laboratoriya kimi fəaliyyətə başlayıb, sonrakı illərdə əhatəsini genişləndirib. Bu vaxta qədər erməni dilində dərslik vəsaitləri, min səhifəlik "Ermənicə-Azərbaycanca lüğət" kitabı hazırlanıb. Eyni zamanda erməni yalanlarını, saxta təbliğatını ifşa edən, erməni alimlərinin özləri tərəfindən yazılan əsərlər Azərbaycan dilinə tərcümə edilib. Hazırda BDU-da ali təhsil alan gənc tələbələr, bəzi hallarda dövlət qurumlarının əməkdaşları bu mərkəzin fəaliyyətindən yararlanırlar.

Düşmənin dilini bilmədən ona qalib gəlməyin qeyri-mümkün olduğunu söyləyən müsahib vurğulayıb ki, hazırda Azərbaycanda erməni dilini öyrənməyə böyük maraq var. İ.Tanrıverdi deyib ki, EATM Ermənistanda cərəyan edən prosesləri də diqqət mərkəzində saxlayır, təhlillər, araşdırmalar hazırlayır. O, erməni alimlərdən Ukraynada yaşayan Filipp Ekozyansdan, ABŞ-də universitetdə pedaqoji fəaliyyətlə məşğul olan Armen Melikyandan, eləcə də digərlərindən sitat gətirməklə, ermənilərin əsl kimliyinə diqqət çəkib.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ötən əsrdə dəfələrlə soyqırımı və deportasiyalara məruz qaldığını xatırladan Mərkəz rəhbəri bildirib ki, etnik təmizləmələr, xalqımıza qarşı düşmənçilik siyasəti ermənilərə heç nə qazandırmayıb. O, Ermənistan sakinlərinin artıq ölkəni tərk etdiyini, təkcə Zəngəzurdan 27 minə yaxın erməninin birdəfəlik xaricə, xüsusən də Rusiyaya köçdüyünü deyib.

Ata-baba yurdu Amasiyanın Quzukənd kəndində keçirdiyi uşaqlıq, gənclik illərini, tarixi torpaqlarımızla bağlı gerçəklikləri dilə gətirən İ.Tanrıverdi 35 ildən çoxdur Vətən həsrəti ilə yaşadığını, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından sonra geriyə qayıtmaq ümidinin artdığını vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Noyabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see196

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see164

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see145

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see144

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see138

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see137

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see135

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see132

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see131

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see131

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see121

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see120

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see118

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see118

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see117

Alkoqolun təhlükəsiz dozası yoxdur..!

08 Sentyabr 2025 23:46see116

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri