Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını

Qərbi Azərbaycan Xronikası: Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Tumanyanın atası: "adam olma, erməni keşişi ol" adlı buraxılışda ermənilərin ən böyük şairi hesab etdikləri yazıçı, ictimai xadim və erməni terrorizmi üçün Kraudfandinqin əsasını qoyan "humanist" Hovannes Tumanyanın fəaliyyətindən bəhs olunub.

Bildirilib ki, "Həqiqi qurtuluş daxildən başlanmalıdır, biz ermənilər isə daxilən xəstəyik" deyən, şovinist və qisas hissi ilə yaşayan, üzdə humanist görsənən Tumanyanın rəsmi bioqrafiyasında və onun haqqında araşdırmaların sətirləri arasında gizlənən gerçəkləri üzə çıxarmaqla erməni ziyalılarının törədilən bütün qətliamların başında durduğu aydın olur.

Qeyd olunub ki, Tumanyan xristian qıpçaqlarının nəslindəndir. Onun ulu babasının adı Barxudar, anasının adı Göyçək olub. Onun atası deyib ki, adam olma, amma erməni keşişi ol. Tumanyanın böyük maliyyə fırıldağı olub və ermənilərlə türklər arasında nifaqa görə iki dəfə həbs edilib. O, pulu qaçqınlara yox, silahlı dəstələrin hazırlanmasına yönəldirmiş.

Diqqətə çatdırılıb ki, Tumanyanın ədəbi irsi qisasçı və terrorizm təbliğatı yönündədir: "Ermənilər gürcü tarixinə və ərazisinə də iddia edib, cek xalqının tamamilə izini siliblər. Hətta erməni kilsəsini sağaltmaq istəyən yepiskopa qarşı üsyan da olub. Bakıda fəaliyyət göstərən "Ocaq" erməni gizli təşkilatı üzə çıxıb. Tumanyanın Andranikə məktubunda "humanist"in iç üzü açılır. Bir sözlə, ermənilər bütün bəşəri eybəcərliklərin banisidir".

Sonda ermənilərin fahişə diplomatiyasından söz açılır və vurğulanır ki, "Almast" erməni fahişə diplomatiyasının nümunəsidir: "Nadir şaha aşiq olan erməni qadın ərini öldürüb, qalanı təhvil verib və ordunu təslim edib".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 May 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri