Icma.az
close
up
RU
“Qərbi Azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsınlar”

“Qərbi Azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsınlar”

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

“Ümummilli Lider Heydər Əliyevin 30 sentyabr 1998-ci ildə imzaladığı Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun Qərbi Azərbaycana ləyaqətli və təhlükəsiz qayıdışın təmini üçün hüquqi əsas yaradan mühüm qanunvericlik aktlarındandır. Belə ki, həmin qanunun 5-ci maddəsində Azərbaycan Respublikasının vətəndaşları sayılan şəxslər arasında “1 yanvar 1988-1 yanvar 1992-ci illərdə Azərbaycana gələrək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş qaçqınlar” qeyd olunur. Haqqlı olaraq qaçqınlar və məcburi köçkünlərin statusu hüquqi baxımından fərqləndirilir. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində qeyd olunur ki, “Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər.”

Bunu Modern.az-a açıqlamasında Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, vətəndaşlıq haqqında qanunun bu maddəsi beynəlxalq hüquqla da uyğunluq təşkil edir:

“1948-ci il BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi də hər kəsin, öz ölkəsi də daxil olmaqla, istənilən ölkədən çıxmaq və öz ölkəsinə qayıtmaq hüququnu tanıyır.

Qaçqın ümumi ifadədir, həmin illərdə, 1988-1991-ci illərdə və sonradan müxtəlif ölkələrdən, (məsələn, Gürcüstan, Özbəkistan, Əfqanıstan, Ukrayna və s.) gəlmiş qaçqınlar var. Azərbaycanın suverenliyinin tam bərpasından sonra yaranmış yeni hüquqi və siyasi şəraiti nəzərə alaraq, Ermənistandan qovulmuş qaçqınlar qanunvericilikdə fərqli ad və hüquqi statusla qeyd edilə bilərlər. Dünya prakstikasına nəzər salsaq Almaniya təcrübəsində bu mövqeyi əsaslandıran fakt olduğunu görə bilərik”.

Millət vəkili qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Şərqi və Cənub-Şərqi Avropadan Almaniyanın Qərb dövlətlərinin nəzarətində olan işğal zonalarına və daha sonra 1949-cu ildə yaradılmış Almaniya Federativ Respublikasına gələn almanlar müxtəlif hüquqi statuslara malik olmuşlar:

“Məcburi köçkünlər və qaçqınlar haqqında federal qanununa (BVFG) əsasən, məcburi köçkünlər (Vertriebenen), vətənindən məhrum olunanlar və ya vətən qaçqınları (Heimatvertriebenen), Sovet zonasından olan qaçqınlar (Sowjetzonenflüchtlingen) və sonradan gələn mühacirlər (Spätaussiedler) arasında fərq qoyulur.

Şərqi Avropa regionlarından olan alman qaçqınlar ümumiyyətlə məcburi köçkünlər kateqoriyasına aid edilir. BVFG-yə əsasən həmin məcburi köçkünlər və vətən qaçqınları (vətənindən məhrum olunanlar) İkinci Dünya Müharibəsi nəticəsində yaşadıqları yerdən, daha doğrusu vətənlərindən qovulmuş və ya deportasiya olunmuş alman vətəndaşları və ya alman mənşəli şəxslərdir. Məcburi köçkünlər 1937-ci ilin 31 dekabr tarixinə olan sərhədlərə əsasən Almaniyanın şərq bölgələrində və ya göstərilən sərhədlərdən kənarda yerləşən alman yaşayış məntəqələrində yaşamış şəxslərdir (Volksdeutsche)”.

R.Nəbiyev sonda vurğulayıb ki, Qərbi Azərbaycan əsilli şəxslər, yəni Ermənistan SSR-dən 1988-1991-ci illərdə güc tətbiqi şəraitində və beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa zidd olaraq qovulan azərbaycanlı qaçqınlar müvafiq Azərbaycan Respublikasının qanunvericilik aktlarinda “qaçqın” olmaqla yanaşı, “Vətən qaçqını” kimi göstərilə bilər:

“Bu dəyişikliyin uzun müddətli nəticələrindən biri, qayıdış təmin edilərkən varislik məsələsinin həlli asanlaşdıra bilər. Belə ki, vaxtı ilə Ermənistandan güc tətbiqi şəraitində qovulan və hazırda Azərbaycan Respublikası vətəndaşlığına malik olan şəxslərlə yanaşı, onların övladları da “vətən qaçqını” statusu ilə qayıdış hüququna malik şəxslər kimi qeydə alına bilərlər. Bu hüquqi status ikinci və sonrakı nəsil qaçqınlara öz tarixi yaşayış məskənlərinə qayıdışın təmini zamanı hüquq əsas kimi yardım edə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri