“Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində növbəti veriliş yayımlandı FOTOLAR / VİDEO
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən SES TV-də növbəti veriliş yayımlanıb.
QHT.az xəbər verir ki, verlişin aparıcısı tanınmış hüquqşünas, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov, qonağı isə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədi İlham İsmayılov olub. Veriliş zamanı deportasiya olunmuş qərbi azərbaycanlıların acı taleyindən, tarixi yurd yerlərinə qayıdış arzularından və bu istiqamətdə görülən işlərdən bəhs olunub. İlham İsmayılov qeyd edib:
“Bizim ilk tanışlığımız Mollalının araşdırması ilə bağlı olmuşdu. Mən ata-baba yurdum haqqında ilk dəfə Qərbi Azərbaycan İcmasının toplantısında eşitdim. Sevindirici haldır ki, Prezidentimizin rəhbərliyi altında Qərbi Azərbaycana qayıdış Konsepsiyası bu gün dövlət səviyyəsində prioritet istiqamət kimi qəbul olunub. Bir çox QHT-lər də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu istiqamətdə fəaliyyət göstərir. Bu, yalnız Qərbi Azərbaycan əsilli insanların deyil, ümummilli məsələdir.”
Verilişdə həmçinin qeyd olunub ki, deportasiya olunanların əksəriyyəti artıq həyatda olmasa da, onların övladları və nəvələri ata-baba torpaqlarına qayıdış ümidini yaşadırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 30 İyul 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















