Icma.az
close
up
RU
Qərbin ikiüzlülük nümunəsi: COP29a kölgə salmaq üçün səmərəsiz cəhdlər ŞƏRH

Qərbin ikiüzlülük nümunəsi: COP29a kölgə salmaq üçün səmərəsiz cəhdlər ŞƏRH

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir. Bu gün sessiyanın səkkizinci günüdür. 160-dan çox ölkədən 70 mindən çox insan COP29-da iştirak edir. Onların böyük əksəriyyəti - 60 mindən çoxu əcnəbidir.

Bu statistika beynəlxalq ictimaiyyətin həm COP29-a, həm də Azərbaycana marağının təzahürüdür.

Buna baxmayaraq, bəzi Qərb dairələri, o cümlədən Fransanın Azərbaycana qarşı “səlib yürüşü” davam edir. Belə ki, onlar Azərbaycanın COP29-a ev sahibliyini qəbul etmək istəmirlər.

Təsadüfi deyil ki, hələ tədbir başlamazdan əvvəl Qərb ölkələri müxtəlif yollarla COP29-a kölgə salmağa çalışırdılar. Bunun üçün hətta Cənubi Qafqazda Ermənistan vasitəsilə gərginlik yaratmağa cəhd edilirdi.

COP29 ərəfəsində avropalı siyasətçilərin Azərbaycanda guya insan hüquqlarının məhdudlaşdırılmasına dair əsassız bəyanatları və ya Azərbaycandakı erməni cinayətkarların sərbəst buraxılması ilə bağlı çağırışları da birbaşa destruktiv mahiyyət daşıyırdı.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində Sədrin birinci müavini Natali Luazo terror və separatçılıq kimi cinayətləri törədənlərin sərbəst buraxılması üçün rəsmi Bakıya çağırış edilməsini istəmişdi. Beləliklə, xanım siyasətçi terrorçuları müdafiə etdiyini açıq-aydın göstərməklə yanaşı, həm də COP29 ərəfəsində gərginlik yaratmağa çalışmışdı.

Əslində bu cəhdlər gözlənilirdi. Belə ki, Azərbaycan bundan əvvəl – IV İslam Həmrəyliyi Oyunları, Birinci Avropa Oyunları, Formula-1 yarışları, Avroviziya musiqi yarışması kimi beynəlxalq tədbirlərə ev sahibliyi edərkən də oxşar ssenarilərlə qarşılaşmışdı. Bu, əlbəttə, təsadüfi deyil. Görünən odur ki, Qərb dövlətləri, doğrudan da, rəsmi Bakının uğurlarını həzm edə bilmirlər və bunu açıq göstərməkdən çəkinmirlər.

COP29-la bağlı məsələ əslində daha fərqlidir. Belə ki, indi bu tədbiri boykot etməyə çalışanlar vaxtilə COP29-un Azərbaycanda keçirilməsini dəstəkləmiş və yekdil səs vermişdilər. İndi isə fərqli ritorika sərgiləyirlər. Bu, riyakarlığın, ikiüzlülüyün ən bariz nümunələrindəndir.

Başqa bir məqam isə budur ki, COP29 Azərbaycanın yox, BMT-nin tədbiridir. 29-cu sessiya sadəcə olaraq Bakıda keçirilir. Yəni riyakar Qərb dövlətləri əslində Azərbaycanı yox, BMT-ni boykot etmiş olurlar.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında COP29-u tənqid edənlərə cavab verdi. O söylədi ki, tədbirdə 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir. Yəni faktiki olaraq Qərb dövlətlərinin “atdığı oxlar daşa dəydi”, destruktiv cəhdlər fayda vermədi.

Hikmət Hacıyev

Bu, onu deməyə əsas verir ki, Azərbaycanın COP29-a ev sahibliyi uğurla başa çatacaq. Rəsmi Bakı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarında olduğunu növbəti dəfə sübut edəcək. Odur ki, məşhur atalar sözünü ixtisarla desək, karvan keçər.

Gözləniləndir ki, COP29 başa çatandan sonra Qərb dövlətlərinin bəziləri qarayaxma kampaniyasına son verməyəcəklər. Ancaq görünən dağa nə bələdçi?! COP29-a ev sahibliyi də, təşkilatçılıq da, beynəlxalq ictimaiyyətin marağı da göz qabağındadır.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri