Icma.az
close
up
RU
Qərəzli ritorika, Cənubi Qafqazda artan gərginlik: Azərbaycan diplomatiyasının cavabı

Qərəzli ritorika, Cənubi Qafqazda artan gərginlik: Azərbaycan diplomatiyasının cavabı

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərin baş verdiyi, güc mərkəzlərinin yenidən formalaşdığı dövrdə regional və qlobal aktorlar arasında rəqabət daha da kəskinləşib.

Qlobal güclərlə yanaşı, regional oyunçular da öz maraqlarını qorumaq və təsir imkanlarını genişləndirmək üçün çoxvektorlu siyasətə üstünlük verirlər. Bu tendensiya postsovet məkanında da özünü qabarıq şəkildə göstərməkdədir. Vaxtilə Moskvanın siyasi orbitində olan dövlətlər artıq fərqli diplomatik xətt tutaraq, milli maraqlarını əsas götürən xarici siyasət strategiyaları həyata keçirirlər. Nəticə etibarilə, Kremlin regiondakı mövqeyi zəifləyir və bu, Rusiya tərəfindən həm daxildə, həm də xarici siyasətdə müxtəlif təzyiq və təsir vasitələrinin tətbiqi ilə müşayiət olunur.

Azərbaycan da bu dəyişən geosiyasi reallıqlar fonunda öz müstəqil və balanslaşdırılmış siyasət kursunu daha da gücləndirir. Son aylarda Moskva-Bakı xəttində müşahidə olunan diplomatik soyuqluq, xüsusilə Rusiya mediasında artan anti-Azərbaycan ritorikası və müxtəlif səviyyəli təzyiq cəhdləri regionda maraqlar toqquşmasının daha açıq fazaya keçdiyini göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Günay Ağamalı qeyd edib ki, yeni dünya nizamının formalaşdığı, beynəlxalq münasibətlər sistemində dərin dəyişikliklərin baş verdiyi bir dövrdə regional güclərin rolunun artması müşahidə olunur. Qlobal aktorlarla yanaşı, region ölkələri də öz maraqlarını qorumaq üçün daha çox müstəqillik nümayiş etdirir və çoxvektorlu xarici siyasət yürütməyə başlayırlar. Bu tendensiya postsovet məkanında da özünü göstərməkdədir.

Həmsöhbətimiz bildirib ki, artıq keçmiş sovet respublikaları Rusiya orbitindən uzaqlaşaraq fərqli siyasi xətt seçirlər və bu, Kreml tərəfindən narazılıqla qarşılanır. Onun sözlərinə görə, bu səbəbdən Rusiya daxilində qeyri-slavyan xalqlara, xüsusilə miqrantlara qarşı artan təzyiqlər və ayrı-seçkilik hallarının şahidi oluruq: 

"Təbii ki, eyni münasibət Rusiyada yaşayan azərbaycanlı soydaşlarımıza qarşı da sərgilənir və bu, bizi ciddi şəkildə narahat edir".

Parlamentari son dövrlərdə Azərbaycan və Rusiya arasında yaşanan diplomatik gərginliyin səbəblərindən də danışıb. O, xüsusilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması hadisəsindən sonra iki ölkə arasında münasibətlərin daha da soyuduğunu qeyd edib: 

"Hadisədən sonra Rusiya tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Əksinə, Rusiya mediasında Azərbaycan əleyhinə qərəzli və koordinasiyalı təbliğat kampaniyası aparılır. Xüsusilə Vladimir Solovyov kimi Kremlə yaxın media simalarının manipulyativ çıxışları bunun sübutudur".

Günay Ağamalı: Azərbaycan diplomatiyası bütün sahələrdə balanslı və milli maraqlara əsaslanan siyasət yürüdür

Onun fikrincə, bu cür ritorika təsadüfi deyil və bir mərkəzdən idarə olunan informasiya hücumu xarakteri daşıyır. Günay Ağamalı bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və sonrakı uğurlar hələ də Rusiyada müəyyən siyasi dairələr tərəfindən həzm olunmur.

Deputat həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çoxqütblü diplomatik siyasət kursunu uğurla həyata keçirdiyini vurğulayıb: 

"Azərbaycan diplomatiyası bütün sahələrdə balanslı və milli maraqlara əsaslanan siyasət yürüdür və ölkəmizə qarşı təsir cəhdlərini minimuma endirməyə nail olur".

Günay Ağamalı əlavə edib ki, hazırda Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını qorumaq üçün Ermənistanda siyasi proseslərə müdaxilə cəhdləri də müşahidə olunur. Onun sözlərinə görə, Moskva köhnə narrativləri canlandıraraq bölgədə öz təsirini bərpa etməyə çalışır.

Sonda parlament üzvü vurğulayıb ki, əgər anti-Azərbaycan ritorikası davam edərsə, bu, iki ölkə arasındakı münasibətlərin düzəlməsi mümkün olmayan səviyyədə pozulmasına səbəb ola bilər.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri