Icma.az
close
up
RU
Qəribəlik, yoxsa anormallıq?

Qəribəlik, yoxsa anormallıq?

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Bu il, iyunun 29-da Edmund Klaus AFFA-da texniki direktor vəzifəsinə təyin olundu. Məşhur “Ayaks” akademiyasında axır ki, bir mütəxəssis gətirə bilmişdik. Daha bizdə də uşaq futboluna dair yüksək keyfiyyətli qərarların veriləcəyinə inam, ümid yaranmağa başlamışdı…

Ta ki, Edmundun avqustda verdiyi təklifədək… Niderlanddan bəh-bəhlə gətirdiyimiz ümid çırağı ilk fundamental fikirlərində hamını təəccübləndirdi.

Belə ki, təklifə əsasən U-14 liqası 11×11 formatında deyil, 9×9-la keçiriləcək. Təklifdə təkcə say məsələsi deyil, başqa dəyişikliklər də nəzərdə tutulur (meydança ölçüləri kiçilir, əvəzetmə (7) üçün oyun dayanmır, ⁠aut xəttin üzərindən, yerlə başlanır).

Əslində, inkişaf etmiş futbol ölkələrinə nisbətən geri addım atılması anlaşılmaz qaldı. Edmund yoldaşdan soruşduq, gah infrastruktur çatışmazlığından danışdı, gah bu yaşda uşaqlarımızın “hələ gücünün çatmadığını” bildirdi.

Məsələni araşdırdıq. Məlum oldu ki, belə bir ideya Niderlandda işlənib və tətbiq olunur. Ancaq U13 liqasının 6-cı divizionunda. Eksperiment xarakteri daşıyan bu layihənin hələ ki, alternativi yoxdur və bunun kütləvi tətbiqinə rəvac verəcək real nəticələr yoxdur.

Maraqlıdır, onda U13 liqasının 6-cı divizionunda ekperimental qərarı Azərbaycanın alternativsiz U14 liqasında tətbiq etməyə nə ehtiyac var?!

Bəzi aparıcı klubların, futbol ictimaiyyətinin etirazlarından sonra məsələnin yenidən müzakirə edildiyi haqda xəbərlər var idi.

Kuluarlarda dolaşan məlumata görə, Edmund təklif etdiyi 9×9 formatının dəyişdirilməsinə razılıq verib. Amma yenə də anormallıq qalır. Bu dəfə formatın 10×10 olması qərara alınıb. Güman ki, yekun qərardır və yaxın günlərdə rəsmi xəbər olacaq…

Məsələnin hansı tərəfindən baxılsa, anlaşılmaz görünür – U14 liqasında çıxış edən komanda niyə 10 nəfərlə oynasın?

Məntiq nədir?

Görünür, Edmund məsələyə, “nə mən deyən olsun, nə siz deyən” prinsipi ilə yanaşıb. Lakin absurd mənzərə və onun mümkün fəsadları barədə cavabdehlik açıq qalır…

Edmund Klaus niyə belə etsin?!

Güman ki, o, Azərbaycandan qovulmaq istəyir. Belədə ona təzminat verilməlidir.

…İşləmədən pulunu alıb buralardan getmək – niyyət buna oxşayır. Yoxsa eksperimental layihənin tətbiqinə israr etməyə məntiqi izah icad etmək mümkün deyil.

AFFA və Edmundun bu qəribə və anormal qərarına etiraz etməyən səlahiyyətli yerli mütəxəssislər düşünsün, belə hara gedirik?

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Sentyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri