Icma.az
close
up
RU
Qəşəm Nəcəfzadə: “ Məmməd İsmayıl da, İsa İsmayılzadə də məni heç vaxt çap etməyiblər” MÜSAHİBƏ

Qəşəm Nəcəfzadə: “ Məmməd İsmayıl da, İsa İsmayılzadə də məni heç vaxt çap etməyiblər” MÜSAHİBƏ

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

İnsan taleyi də yol kimidir. Harda enişi olacaq, harda yoxuş görəcəksən, bəlli olmur. Ancaq insan həyatın bütün məqamlarında çaba göstərmək məcburiyyətində olur. Müsahibim Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə də ən çətin anlarında sözün aliliyinə inanan insanlardandır. Özü deyir ki, həmişə çıxış yolum bədii söz olub:
 

-Son zamanlar sevgi şeirlərinizdən daha çox uşaq şeirləriniz sevilir. Sizin üçün sevgi şeirləri yazmaq asandır, yoxsa uşaq şeirləri?
 

 -İnanın ki, ikisi də bir- birindən çətindir. Bir sevgi şeiri yazmaq çətindir, bir də uşaq şeiri. Düşünürəm ki, nəvə də ilk sevgi kimidir. Məhz bu səbəbdən bu şeirlərin çətinlikləri oxşardır. Başqa mövzularda bir az publisistikaya enirsən, bir az pafos qatırsan, bir az nağılvari nəsə uydurursan. Amma uşaq şeiri və sevgi şeirlərini belə “aldada bilmirsən”. Digər şeirlərin müəyyən informasiyası – ayrılıq, göz yaşı, hicran olur.  Amma uşaq şeirlərində bu yoxdur.
 

 -Uşaq şeirində nə var?
 

-Uşaq şeirində uşağın özü var. Gərək uşaq uşağa oxşasın. Bəzi adamlar üçün uşaq şeiri yazmaq asandır, amma mənim üçün çətindir. Ona görə onlara asandır ki, onlar özlərini yazırlar,uşaq yox. Uşağı öz düşündükləri kimi danışdırırlar, pafosu gətirib uşağa verirlər. Həmin mərhələdə uşaq özünü gizlədir. Uşaq deyir ki, Ay mənə gülür. Məsələn, Ayın əksi suyun üzərində düşəndə uşaq deyir ki, Ay suya düşüb. Bir çox belə misallar çəkmək olar. Uşaq demir ki, mən əlaçı olacam, mən “5” alacam. Yəni, uşaqlar daha çox xəyallarla yaşayır, qətiyyətlə yox. Əsl uşaq şeiri yazmaq çətindir.
 

 - Sizi həmişə gənc yazarlara dəstək olan insan kimi tanımışıq.  Bəs sizin gəncliyinizdə yolunuzu kəsənlər çox olub?
 

 - O qədər…
 

 -Məsələn?...
 

 -Məmməd İsmayıl məni heç vaxt çap etməyib. Çünki bəyənmirdi. İsa İsmayılzadə də məni bəyənməyib deyə çap etməyib. O zamanlar onlardan nəsə soruşmaq üçün də bir “boyum” yox idi. Sadəcə şeirləimi götürüb gedirdim.
 

-Bəs Sabir Rüstəmxanlı?
 

-Sabir Rüstəmxanlı mənim yaradıcılığımı bəyənib, hətta ilk kitabımın çap olunmağına kömək edib.
 

 -Bir zamanlar o da yolunuzu kəsənlər sırasında olub?
 

-Yox, sadəcə elə olur ki, insan insanı gec tanıyır. Əvvala adama inanmırlar, sən özünü sübut edəndən sonra qiymətləndirirlər.
 

-Doğrudanmı bəzi insanlar üçün özünüzü sübut etməyə məcbursunuz?
 

- Bu, çoxları üçün belədir. Amma mənim üçün elə deyil. Arzu Əliyarqızı adlı yazar var, Cəlilabadın hansısa kəndində yaşayır. O, şeirlərini mənə göndərdi, jurnalda dərc olunacaq. Mən ona demədim ki, bu qız tanınsın, digər dərgilərdə çap olunsun sonra biz dərc edək. Ancaq əvvəllər belə deyildi. Heç kəs kənddə oturub şeir yazan bir gənci dərc etmirdi. Məndən soruşanda ki, sənə yol göstərən, xeyirxahın kim olub? Mən heç kəsin adını çəkə bilmirəm.
Bu yerlərə gəlmək üçün bir az iradə, dözüm lazımdır. Heç vaxt ruhdan düşməmişəm. Bu halı özümdə hiss edən kimi uşaq şeiri yazmışam. Sonra keçmişəm hekayə yazmağa, daha sonra essəyə üz tutmuşam.
 Mən bir zamanlar “Ədalət” qəzeti ilə əməkdaşlıq edirdim. Aqil Abbas “Pərvanə” ədəbi məclisi üçün qəzetində 8 səhifə yer verirdi. İsa İsmayılzadənin “Ulduzların ad günü” kitabını bütöv orda çap etmişəm. Baxmayaraq ki, İsa İsmayılzadə məni çap etməmişdi. Amma mən onu çap etdim. 1967-ci ildə çap olunmuş kitabını öz arxivindən tapıb qəzetdə dərc etdim.
 

 -Təxminən 20 il əvvəl “Pərvanə” ədəbi məclisi, 10 il əvvəl isə “Gənc Ədiblər Məktəbi” var idi. İndi bunların heç biri yoxdur. Artıq ədəbi məclislərə gərək yoxdur, yoxsa o qədər istedadlı gənc yazar tapmaq çətindir?
 

-Bütün ədəbi məclisləri, poeziya müzakirələrini sosial şəbəkələr öldürdü. Texniki vasitələr toplanıb şeir oxuyub, müzakirə etməyi üstələdi. Sosial şəbəkələr kağız mətbuata da təsir etdi, şeir məclislərinə də. Gənc yazarlar sosial şəbəkə vasitəsiylə daha geniş yayımlana bilirlər. Ancaq “Pərvanə” sosial şəbəkələrdən əvvəl bağlandı. Aqil Abbas sağolsun, bizi( “Pərvanə”ni) qəzetə gətirdi. Qəzetdən də televiziyaya keçməli idik. Ancaq burda dayandıq. Və nəticədə bağlandı. Bütün zamanlarda belə olub. Müəyyən bir dövrdə təkanla güclü bir dalğa gəlir və birdən dayanır.
 

 -Məşhur şeirinizdə deyirsiniz ki, “Ölürəm mən sənin 3-dən ötrü, Verdiyin 5-lərə naz eyləyirlər”. Sizin “3-nüzdən” ötrü ölən olub?
 

-… Bilmirəm. Eşitməmişəm. Mənə belə xəbər gəlib çatmayıb. (gülür)
 

 -Siz həmişə ədəbi mətni ədəbi tənqiddən üstün tutmusunuz…
 

-Tənqid də gərək ön sözlərdən, ad günlərindən yox, məhz yazıdan bəhs etsin.Tənqid şeirin (mətnin) arxasınca gəlir. Həmişə deyirəm ki, tənqid şeirin ayağının tozudur. Ədəbiyyat olmasa, mətn olmasa tənqid necə yaranar?
 

-Tənqid edənləri bəyənirsiniz?
 

 -Təhlil edənləri bəyənirəm. Elə tənqid var ki, o mənə təsir edir. Və mən ordan şeir yazıram. Rüstəm Kamalın essevari tənqidlərindən, Cavanşir Yusiflinin, Tehran Əlişanoğlunun yazılarından çox təsirlənirəm. Siyahını genişləndirmək də olar, çox ad çəkərdim…
 

 Publisistika şairi şeirlərindən uzaqlaşdıra bilməz. Bir çox mətbu orqanlarda işləmişəm, televizyada proqram aparıcısıyam, amma heç vaxt şeirdən qopmamışam. Poeziyadan televiziyaya gedən gənclər var idi, şeir yazmağı unutdular.
 

 -Buna çörək arxasınca qaçmaq deyək..?
 -Yox. Sadəcə onlar özlərindən aslı olmayaraq dayanmaqdan ötrü bəhanə axtarırdılar. Mənim həyatımın bütün çıxış yolları bədii sözdən keçir. Bədii söz mənim xilasımdır. Mən publisistikaya ilişəndə tez gəlib bədii sözdən yapışıram. Ümumiyyətlə, bədiilik çox şeylərdə məni xilas edir. Həyatda sosial və iqtisadi çətinliklərdən də xilas edir. Publisistika məni öldürə bilməz. Mənim şair kimi ölmək vaxtım keçib. Bütün acıları görmüşəm. Şeir dəftərim qoltuğumda geri qayıtmışam. Kitabım gec çap olunub. Mən yaşlı insanlardan heç nə öyrənə bilmirəm. Gənclərdən isə hər gün yeni nəsə öyrənirəm. Məsələn, sənin şeirindən öyrənmişəm. Ağdamla bağlı şeirin var idi, işğalı o qədər həssas təsvir etmişdin ki,o misralar adama toxunmaya bilməzdi. Amma mənim yaşıdım olan bir şairdən belə öyrənə bilmirəm.Gənclər daha çox adama şeir yazmaq üçün xammal verir, nəinki yaşlı nəsil. Böyük yazıçı və şairlər var ki, yaşlı nəsildir. Onlar yaşanmış və bitmiş hesab olunur. Onun yaradıcılığı sənə aydındır. İnsan ona qaranlıq qalan hər şeyin arxasınca getməlidir.
 

-Gəncliyin böyük bir hissəsi siz sevir. Həm də böyük bir hissəsi sevmir…
 

 -Əleyhimə yazanlara yaradıcılıq uğurları arzulayıram. Heç birinə cavab vermirəm, heç onları nankor da adlandırmıram. Çünki onun həqiqəti odur. Məsələn, Tural Turan deyir ki “Turan birliyi” ordeni almaqdan ötrü gərək təxəllüsün Turan olsun. Bu onun öz həqiqətidir. Buna görə onu necə qınayım?
 

Şəhriyar Del Gerani tələbəm olub. Onu çox istəyirəm, amma gah yaradıclığımı bəyənir, məni dərk edir, gah da deyir Qəşəm köhnədir. Bu “get-gəl”lərin özü də bir ədəbiyyatdır. Adam nə qədər sadiq qala bilər axı.. Sədaqətin özü də adamı yorur. Akif İslamzadə necə oxuyur?- “Bezdirdin sən məni sədaqətinlə”.  Doğrudan da belədir. Demirəm ki, adamlar sədaqətsiz olmalıdır. Xeyr, əsla. Sən bir adamı nə qədər sevə bilirsənsə, o qədər sev. Görürsən ki, onu sevə bilmirsən, ayrılıb getmək lazımdır
 

Məsələn mən Şəhriyarı da, Qisməti də, Sevinc Elsevəri də, Emil Rasimoğlunu da, Tural Turanı da bəyənirəm.Çox uğurlu şairlərdir. Mən bu gənclərin sədaqətinə yox, ədəbi mətnlərinə ümidliyəm.
 

 -Bu düşüncə bütün münasibətlərə aiddir?
 

 -Birmənalı şəkildə hamısına. Məsələn, bir zamanlar ağlaya- ağlaya danışdığın qızla söyüşlə ayırlırsan. Sevgi olmayan yerdə çox hörmətə nail olursan. Sevgi olan yerdə dava ilə ayrılmalısan. Eyni zamanda da istedad olan yerdə belə olmalıdır.
 

 -Uğurlu bir evliliyiniz var. Heç yorulmadınız sadaqətli olmaqdan?
 

 -Təbii ki, yoruluram. Həm də xatırlayıram axı… Biz səfərlərə çox gedirik. Getdiyimiz yerdə anidən ötənləri xatırlayıram. Ona deyirəm ki, yadına gəlirmi mən ilk dəfə səni görəndə yaşıl don geyinmişdin və sən saçlarını “kare” kəsdirmişdin. Biz təzədən illər əvvələ qayıdırıq. Oradan yol başlayıb bu günə qədər gəlirik. Övladlarımızın körpəliyini xatırlayırıq. Deyirəm yadına gəlirmi Kəramət ayaqqabıya “ayıcı”, rizyaziyyat dəftərinə “türmə dəftəri”, suya “düvə” deyirdi. O da gülür, mən də gülürəm. Baxıram ki, ikimiz də qıpqırmızı qızarmışıq. Adam bu gün sədaqətdən yorula bilər, amma öz keçmişindən yorulmaq olmur. Xatirələrimiz çoxdur. O tələbə idi. Mən onun yanına getmişdim. O, 4-cü mərtəbədən baxdı ki, hansısa yazar bir xanımla söhbət edirəm. O məni qısandığını boynuna almırdı. Amma əslində qısqanmışdı. Hər dəfə o qızı məndən soruşurdu. Məsələ burasındadır ki, biz həmin anda orda  bir yurd-yuva, sevginin ön sözün qoyub gəlmişdik. Adam da var ki, ora qayıda bilmir. Dünəndən o tərəfə gedə bilmir. Amma bizim sevginin 40 illik ömrü var axı…
 

 -Yazmadıqlarınız sizi yorur?
 

-Elə yazılarım var ki, yarımçıqdır. Onları bitirmək istəyəndə məni üşütmə tutur. Əllərim, ürəyim, beynim üşüyür. Bilirəm ki, onu yaza bilməmişəmsə, demək onu yazmağa mənim gücüm çatmayıb. Yazmaq istəyəndə bütün unutduğum işləri görməyə başlayıram. Baxıram ki, bütün işimi bitirdim yazı yenə qaldı. Deyirəm cümə günü yazaram. Sonra deyirəm qarşıda şənbə- bazar var, onda yazaram. Belə- belə bəhanlərlə özümü aldadıram. Amma görürəm ki, o yazılar məni qorxudur. Məni qorxudan yazılar var. Nə onlardan qaça bilirəm, nə də onları yaza bilirəm.
Əntiqə Kərimzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri