Icma.az
close
up
RU
Qeyri neft sektoruna investisiya yatırımı azaldılıb?

Qeyri neft sektoruna investisiya yatırımı azaldılıb?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərviz Heydərov yazır...

Ölkə iqtisadiyyatında il başlayandan bəri artımın azalması neft-qaz sektoru ilə bağlı olduğundan, qeyri-neft sahələrinin inkişafı getdikcə daha çox sürət tələb edir.

Çünki sözügedən sektorlar üzrə inkişaf və o cümlədən, büdcəyə gəlir gətirmək vəziyyəti baxımından arada o qədər böyük fərq mövcuddur ki, bu sahədə tezliklə balans əldə etmək üçün həm kompleks və köklü sərt islahatlar, həm də böyük məbləğdə investisiyalar həyata keçirmək lazımdır.

Əslində vəziyyət necədir? Qeyri-neft-qaz sektorunun sürətlə inkişaf etdirmək baxımından hökumət və dövlət tərəfindən artıq, 10 ilə yaxındır ciddi islahatlar həyata keçirilir və addımlar atılır. Söhbət 2016-cı ildən bəri yürüdülən siyasətdən gedir.

Sual oluna bilər ki, məgər bundan əvvəl sözügedən sektor diqqət mərkəzində deyildimi? Cavab sadədir, lazım olan səviyyədə xeyr. Ölkəmizdə qeyri-neft-qaz sahələri daha çox 2014-2015-ci illər ərzindəki böhrandan sonra diqqət mərkəzinə alındı ki, bu sahədə inkişaf prioritetə çevrildi.

Yəni manat ABŞ dollarına münasibətdə 0.78 qəpikdən 1.70 qəpiyə qədər endikdən - 2015-ci il ərzində iki dəfə devalvasiya baş verdikdən sonra... Lakin aradan 10 il müddət keçsə də, neftin dünya bazar qiymətləri düşərkən yenə də narahatlıq yaranır və devalvasiya, o cümlədən, digər bu kimi gözləntilər yaranır.

Niyə? Çünki, müstəqillik əldə etdikdən sonra yerindən bilavasitə neftin hesabına start götürmüş hər hansı bir ölkə iqtisadiyyatının hərəkət və inkişaf sürətini birdən-birə məhz qeyri-neft sahələrinin oxu üzərinə ötürmək, başqa sözlə desəm, yeni "oksigen balonuna" transfer etmək əslində, qeyri-mümkün məsələ sayılır.

Bunun üçün daha çox vaxt lazımdır.

Lakin təkrar edirəm, neft ilə qeyri-neft sektoru arasında balans əldə etmək həm kompleks və köklü sərt islahatlar tələb edir, həm də böyük məbləğdə investisiyalar...

Məsələ isə bundadır ki, statistikaya əsasən cari il başlayandan bəri iqtisadi artımın az təşkil etməsində əsas faktorlardan biri rolunda da məhz investisiyalar çıxış edir. Belə ki, 2025-ci ilin ilk 4 ayı ərzində ölkədə əsas kapitala 5 milyard 69.3 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.6% az təşkil edib.

Ötən ilin 4 ayındasa investisiyalarda 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11.8% artım qeydə alınmışdı. Təəssüf doğuran məqam təkcə, bu deyil. Qeyd olunan müddətdə neft-qaz sektoruna yönələn investisiya həcmi 22.7% az, qeyri-neft-qaza isə 5.3% həcmində artıb ki, ötən il sözügedən rəqəmlər müvafiq olaraq 6.2% və 15.2% təşkil edirdi.

Göründüyü kimi, neft-qaz sektoruna investisiya qoyuluşunun daha çox azalmasına paralel olaraq, qeyri-neft-qaz sahəsinə investisiya həcmində artım qeydə alınsa da əslində, əldə olunan rəqəm keçən ildəki ilə müqayisədə 3 dəfəyədək aşağı səviyyədədir.

Sual olunur ki, qeyri-neft-qaz sektorunun inkişafı prioritet sayıldığı halda, sərmayə qoyuluşu niyə azalıb və yaxud azalır? Söhbət ötənilki artım səviyyəsi ilə müqayisədən gedir. Qeyri-neft-qaz sektorunun iqtisadiyyatın lokomotivinə çevrilməsi üçün bu sahəyə investisiya ildən-ilə daha çox artmalıdır.

Artımın azalmasına səbəb nədir?

Bunun həm obyektiv, subyektiv səbəbləri vardır. Qeyd etdiyim kimi, ölkədə qeyri-neft-qaz sektorunda tələb olunan inkişafı əldə etmək üçün mövcud investisiya mühiti, təşviq və təbliğ alətlərindən əlavə daha da yaxşılaşdırılmalıdır.

Hərçənd, həmin o təşviq və təbliğ siyasətində də ciddi keyfiyyət dəyişikliklərinə və yeniliklərə ehtiyac var. Ümumiyyətlə, neft-qaz sektoru sırf xammal resurslarına bağlı olduğundan burada risk səviyyəsi aşağıdır. Qeyri-neft-qaz sektorunda isə ortaya elə real istehsal və yaxud emal məhsulları çıxarılmalıdır ki, həmin məhsullar rəqabətqabiliyyətli olsun və ilk növbədə daxili tələbatı ödəsin.

Yəni, yerli məhsullarımız öncə, daxili bazarda xarici istehsala məxsus analoqları ilə rəqabətədavamlı xarakter daşısın. Bunun üçün isə xarici investisiyalara da ehtiyac var. Bu, birinci şərtdir. Neft-qaz sektorunda olduğu kimi, qeyri-neftdə də xarici sərmayənin olması vacibdir. Odur ki, ilk növbədə bu sahədə stimullaşdırıcı tədbirlərə əl atılmalıdır.

Yeri gəlmişkən, bu ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 0.9 milyard manat investisiya həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 19.4% artıq təşkil edib. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya bu sahədə ümumi həcmin 27.4%-nə bərabər olub.

Rüb ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 98.7%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub.

Əsas kapitala ümumi investisiya qoyuluşunun azalmasına rəğmən, xarici mənbələrə əsaslanan investisiya həcminin artması təskinverici haldır. Lakin bu da əsas etibarı ilə neft ilə qaza sərf olunub. Bəs, investisiya həcminin azalması qarşısını necə almalı?

Ölkədə, məhkəmə, hüquq sistemi mütləq şəkildə təkmilləşdirilməlidir. Qeyri-neft sahələrinin inkişafını sürətləndirmək üçün bu, xüsusən vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri