Icma.az
close
up
RU
“Qeyri şəffaf insanlar bizə şəffaflıq dərsi keçir” KONKRET

“Qeyri şəffaf insanlar bizə şəffaflıq dərsi keçir” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən 1 avqustdan ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib: Kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər; kartdan karta köçürmələrin maksimal ümumi aylıq məbləği 20000 manatdır. Qeyd olunur ki, bu limitlər şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması, vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir. Məqsədin səmimi olduğuna inanıram. Amma sivil ölkələrdə (uzağa getməyək, elə qonşumuz Gürcüstanda) bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq yolu ilə nail olunur. Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini (mənbəyi ilə bərabər) bəyan edir. Buna görə də kartdan karta yolu ilə ona daxil olmuş vəsaitlərlə bəyan etdiyi gəlirlər arasında fərq olduğu halda vətəndaş məsuliyyətə cəlb olunur (vergi və s.). Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan etmir (halbuki 2005-ci ildən bunu tələb edən Qanunumuz var). Buna görə də bizdə çirkli pulların yuyulmasına qarşı mübarizə işlək deyil”.

KONKRET.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ev alanda, yaxud başqasına pul köçürəndə ona qarşı hər hansı irad irəli sürülə bilməz: “Vəsaitin mənbəyini soruşsaz, istədiyi cavabı verə bilər. Məsələn, deyə bilər ki, “babamdan qalıb”! Sivil ölkələrdə isə vətəndaş bu cavabı verə bilməz, çünki hər il əmlakı və gəlirləri barədə bəyanat verir. Beləliklə, hazırda tətbiq olunmuş limitin, habelə illər öncə tətbiq edilməyə başlamış xarici valyuta alışına illik 20000 manatlıq limitin bir səbəbi var. Məmurlamız “qara” qaydada işləməyə davam etmək istədikləri ilə əlaqədar (gəlirlərini bəyan etmək istəmirlər) sıravi vətəndaşları “ağ” maliyyə qaydalarına alışdırmaq üçün primitiv və kobud alətlərdən istifadə edirlər. Təsadüfi deyil ki, bunun üçün seçilmiş yolun özü də bazar iqtisadiyyatı ruhuna uyğun deyil. Necə yəni Mərkəzi Bank banklarla razılıq əldə edib? Yəni banklar könüllü olaraq öz üzərlərinə məhdudiyyət qoyublar? Necə ki, valyuta alışına illik 20000 manatlıq limiti də guya banklarımız könüllü tətbiq edib. Hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq məhdudiyyəti tətbiq edər ki?.. Normal bazar iqtisadiyyatı şəraitində bu cür məhdudiyyətləri, xüsusilə vətəndaşlara aid olan məhdudiyyətləri kommersiya qurumları müəyyən etmir. Dövlət müəyyən edir. Buna görə də normal şəraitdə bu limitlər qanunda təsbit olunmalı idi. Əlbəttə ki, bu limitlər əhalinin əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Onların nə aylıq 20000 manatlıq pulu var, nə də gündə 5 dəfə kiməsə köçürmə etmək zərurəti və imkanı. Əksər hallarda bu limitlər həqiqətən də vergidən yayınmaq istəyənlər üçün müəyyən narahatlıq yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən pulu hər dəfə kartına ala bilməyəcək. Lakin problemi qismən başqa yolla həll edə bilər: limitdən yuxarı pul onun yaxınlarının (ailə üzvlərinin, dostlarının və s.) kartına köçürülə bilər. Ən əsası isə pulu sadəcə nağd ala bilər, vəssalam! Və ən mənfisi də budur. Dövlət özü insanları nağd ödənişlərə qayıtmağa təşviq edir. İndiki halda dövlət heç olmasa nağdsız ödənişləri görürdü. Bundan sonra isə limitdən yuxarı ödənişlər sadəcə nağd ediləcək və dövlət onları görməyəcək. Bunumu istəyirik? Bumu bizə lazımdır?.. Ən əsası isə bu limitlər vicdanlı vətəndaşların hüquqlarının pozulmasıdır. Məsələn, tutaq ki, mənə bu ay hansısa şəxs 25000 manat borcunu ödəməlidir. Niyə bunu kartdan karta edə bilməz? Nədir-nədir, 20000 manatlıq aylıq limit var? Sivil ölkədə bu ödənişi etməkdə problem olmamalıdır. Sadəcə dövlət vəsaitin mənbəyi və əsl səbəb ilə maraqlana bilər. Hər kəsin gəlir bəyannaməsi olan ölkədə bunu araşdırmaq elə də çətin deyil. Lakin bizdə kölgə iqtisadiyyatı ilk növbədə elə məmuların gəlirinin qeyri-şəffaf olmasına söykəndiyi üçün bu cür nəzarət mümkünsüzdür. Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir. Nəticədə isə sadəcə nağd dövriyyə artacaq…”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Avqust 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri