Icma.az
close
up
RU
Qeysəriyyədən astmaya aparan yol TƏHLÜKƏ

Qeysəriyyədən astmaya aparan yol TƏHLÜKƏ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Astma, tənəffüs yollarının tıxanmasına, daralmasına və şişməsinə səbəb olan, insanın nəfəs almasını çətinləşdirən və uzun müddət davam edən ağciyər infeksiyasıdır. Astmanın ümumi simptomları arasında xırıltı, nəfəs darlığı, döş qəfəsində ağrı və sıxılma, tərləmə, yorğunluq və öskürək var. Bu simptomlar adətən tez-tez olur və təkrarlanır. Astma uşaqlarda ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir və dünyada təxminən 300 milyon astma xəstəsi olduğu məlumdur. Astmanın uşaqlarda müşahidə edilməsinin bir səbəbi də qeysəriyyə əməliyyatlarının günü-gündən çoxalmasıdır.

ABŞ tədqiqatçıları 700-dən çox körpə üzərində apardıqları araşdırmada qeysəriyyə əməliyyatı ilə doğulan körpələrin astma və allergiya problemlərinin qeysəriyyə əməliyyatından qaynaqlanması qənaətinə gəliblər. Araşdırmaya görə, qeysəriyyə ilə doğulan körpələrin normal yolla doğulanlara nisbətən astma və allergiya riskinin iki dəfə çox olduğu açıqlanıb. Qeysəriyyə əməliyyatı zamanı ananın doğum kanalında olan faydalı mikroorqanizmlərdən faydalana bilmədiyi üçün körpələrin immun sisteminin normal doğulanlara nisbətən çox zəif olduğu sübut edilib.

Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların normal doğulanlara nisbətən iki dəfə daha çox tənəffüs problemi olduğunu deyən Rutgers Universitetinin professoru Martin Blaser, “Hər ana təbii yolla doğuş edəndə öz mikrobiomunu körpəsinə verir, çünki körpə doğum kanalında olarkən faydalı mikroorqanizmlərlə tanış olur, bu orqanizmlər onun immun sistemini gücləndirir, lakin qeysəriyyə ilə ilə doğulan körpələrdə bu olmur” deyib.

Təbii doğuş zamanı körpə ananın doğum kanalı ilə irəliləyir. Bu proses 1-24 saat arasında dəyişə bilir. Doğum kanalından keçərkən müxtəlif faydalı mikroorqanizmlərlə təmasda olan körpənin ağız boşluğundan immun sistemini gücləndirən və bağırsaq mikrobiotasını formalaşdıran mühüm bakteriyalar daxil olur. Bağırsaqlardakı faydalı mikroorqanizmlər immunitet sisteminin funksiyalarının inkişafı üçün çox vacibdir. Təbii doğuş zamanı udulan bakteriyalar körpənin immun sistemini balanslı şəkildə inkişaf etdirməyə kömək edir. Qeysəriyyə əməliyyatı zamanı bu proses olmadığına görə immunitet sistemi həddindən artıq həssaslaşa və allergik reaksiyalara səbəb ola bilər.

Qeysəriyyə əməliyyatı körpələrdə ekzema təhlükəsinə də səbəb ola bilir. Ananın doğuş kanalı ilə yox, birbaşa doğulduğu üçün bağırsaq mikrobiotasında balanssızlıq yaranır, bu da tənəffüs xəstəlikləri və astmanın inkişaf riskini artıra bilər. Qeysəriyyə əməliyyatı ilə doğulan körpələrdə mövsümi allergiyalar, toza və ya heyvan tüklərinə qarşı həssaslıq daha çox ola bilər. Qeysəriyyə əməliyyatı ilə doğulan körpələrdə süd, qoz, fındıq, fıstıq, yumurta kimi qidalara qarşı allergiya daha çox olur. Bunun əsas səbəbi bağırsaq mikrobiotasında və immun sisteminin həssaslığındakı fərqlərdir.

Ümumiyyətlə, uzun illərdir ki, qeysəriyyə ilə doğuşun allergik xəstəliklərlə əlaqəsini araşdıran çoxlu araşdırmalar aparılır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qeysəriyyə əməliyyatı ilə doğulan körpələrin bağırsaq mikrobiotasında Bacteroides və Lactobacillus kimi faydalı bakteriyalar daha az, patogen bakteriyalar isə daha çox olub. Bu balanssızlıq da immunitet sisteminin həddindən artıq reaksiyasına və allergik xəstəliklərin inkişafına səbəb olan əsas amildir. Meta-analizlər göstərir ki, qeysəriyyə ilə doğulan uşaqlarda astma riski 20%, ekzema riski isə 18% yüksəkdir.

Qeysəriyyə əməliyyatından sığorta olmaq həmişə mümkün deyil. Bu gün dünyada təxminən hər dörd hamilə qadından biri övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirir. Təbii doğuş körpənin immun sisteminin inkişafı üçün daha faydalı olsa da, bəzi hallarda qeysəriyyə ilə doğuş həyat qurtarır. Azərbaycan dünyada qeysəriyyə əməliyyatı ilə doğumun ən yüksək olduğu ölkələrdən biridir. Təəssüf ki, ölkəmizdə bununla bağlı ciddi xaotik və özbaşına vəziyyət var. Anaların və həkimlərin anlıq qərarı ilə keysəriyyə əməliyyatı təyin və icra edilir. Bununla belə, bəzi strategiyalarla qeysəriyyə yolu ilə doğulan körpələrdə allergik xəstəliklərin inkişaf riskini azaltmaq mümkündür.

Bu gün dünyada məcburən qeysəriyyə əməliyyatı edilən anaların körpələrini astma və digər allergik xəstəliklərdən qorumaq məqsədi ilə həkimlər fərqli bir üsul tətbiq edirlər. Aparılan tədqiqatlar göstərib ki, qeysəriyyə əməliyyatı ilə doğulan körpələr vaginal mikrobu qəbul edərlərsə, bağırsaq mikrobiotası yaxşılaşır və allergiya riski azalır. Ananın vaginasından əldə edilən maye qeysəriyyə yolu ilə doğulan körpələrə verilir, beləcə allergiyadan sığorta edilir. Bu üsul təbii doğuş zamanı alınan bəzi faydalı bakteriyaları təmin edə bilər.

Ana südünün tərkibində immunitet sistemini gücləndirən və bağırsaq mikrobiotasını dəstəkləyən prebiyotiklər və probiyotiklər var və qeysəriyyə əməliyyatı ilə doğulan körpələrdə allergiya riskini azaltmaqda ana südü mühüm rol oynayır. Qeysəriyyə yolu ilə dünyaya gələn körpənin bağırsaq mikrobiotasını dəstəkləmək üçün həkim nəzarəti altında probiotik əlavələrdən istifadə etmək olar. Probiyotiklər, xüsusilə Bifidobacterium və Lactobacillus ehtiva edənlər, immunitet sistemini gücləndirə bilər.

Qeysəriyyə ilə doğuşun allergik xəstəliklər riskini artırdığına dair elmi sübutlar olsa da, allergik xəstəliklər genetik, ətraf mühit faktorları və immunitet sistemi də daxil olmaqla bir çox faktorların birləşməsi nəticəsində yaranır, keysəriyyə əməliyyatı da allergiyanın inkişafına təkan verir.

Valideynlərin doğuş üsulu ilə bağlı qərar qəbul edərkən həm ananın, həm də körpənin ümumi sağlamlığını nəzərə almalıdırlar. İnsanlar dünyaya övlad gətirərkən mümkün qədər təbii yolla həyata keçirməlidirlər. Qeyd etmək lazımdır ki, keysəriyyə əməliyyatı zəruri hallarda həyat qurtaran bir prosedurdur, lakin bu kütləviləşməməli, istək əsasında həyata keçirilməməlidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri