Icma.az
close
up
RU
Qəzada maşını zədələnən sürücülər oxusun: Bu sığorta növü dəyişir

Qəzada maşını zədələnən sürücülər oxusun: Bu sığorta növü dəyişir

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Yaxın vaxtlarda kasko sığortası ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.

Bəs kasko sığortası alan sürücü qəza törətdikdə sığorta şirkəti hansı hallarda “pulu mən yox, sən ödəməlisən” deyə bilər? Yeni qaydalar bu kimi mübahisələrin qarşısını həqiqətən ala biləcəkmi?

Avtosfer.az-ın məlumatına görə, Globalinfo.az-a danışan sığorta mütəxəssisi Nicat Əlibəyli bildirib ki, kasko könüllü sığorta növü olduğundan, tərəflər arasındakı münasibətlər birbaşa müqavilə və sığorta qaydaları ilə tənzimlənir:

“Qanunvericiliyə və standart şərtlərə əsasən, sığorta şirkətlərinin zərəri ödəməkdən imtina etmək hüququna malik olduğu əsas hallar bunlardır:

Sərxoşluq və ya narkotik vasitələrin təsiri – sürücü qəza baş verdiyi zaman spirtli içki, narkotik və ya digər psixotrop maddələrin təsiri altında olduqda;

Sürücülük hüququnun olmaması – sükan arxasında olan şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadıqda və ya sürücülük hüququ məhdudlaşdırıldıqda;

Qəzanın qəsdən törədilməsi – sığortalının qəzanı qəsdən törətdiyi sübut olunduqda;

Müqavilə şərtlərinin pozulması – məsələn, avtomobil müqavilədə nəzərdə tutulmayan şəxs tərəfindən idarə edildikdə və ya hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilmədikdə”.

Mütəxəssis deyib ki, sığorta şirkətləri heç bir halda məsuliyyətsizliyin və ya qayda pozuntularının maliyyə qalxanına çevrilməməlidir:
“Sığorta mübahisələrinin əsas səbəblərindən biri də zəmanətli təmir və ya dəymiş zərərin pulla ödənilməsi zamanı ehtiyat hissələrinin qiymətlərinin subyektiv şəkildə müəyyənləşdirilməsidir. Hazırda müxtəlif mağazalar və rəsmi servis mərkəzləri eyni detal üçün tamamilə fərqli qiymətlər təqdim edirlər. Bu da sığorta şirkətlərinin “biz bu qədər ödəyirik”, sürücülərin isə “bazar qiyməti qat-qat bahadır” şikayətlərinə yol açır.

Beynəlxalq təcrübəyə uyğunlaşma və şəffaflığın təmin edilməsi çərçivəsində qarşıya qoyulan əsas hədəflərdən biri də avtomobil ehtiyat hissələrinin qiymətlərinin vahid reyestrinin və ya elektron bazasının yaradılmasıdır. Əgər bu mexanizm tam işlək vəziyyətə gətirilərsə, Azərbaycanda avtomobil sığortasında müasir zərər qiymətləndirmə sistemlərinin tətbiqi zərərlərin daha dəqiq, şəffaf və standartlaşdırılmış şəkildə qiymətləndirilməsinə imkan verə bilər. Almaniya və Avropa İttifaqı ölkələrində istifadə olunan SilverDAT və Audatex kimi sistemlər buna nümunədir.

Belə sistemlər: insan amilindən və subyektiv yanaşmadan asılılığı azalda bilər;

təmir xərclərinin daha dəqiq hesablanmasını təmin edə bilər;

sığorta şirkəti ilə müştəri arasında mübahisələri azalda bilər;

qiymətləndirmə prosesini sürətləndirə bilər;

saxtakarlıq və əsassız ödəniş risklərinin qarşısının alınmasına kömək edə bilər.

Azərbaycanda da Mərkəzi Bankın sığorta sektorunu beynəlxalq prinsiplərə uyğunlaşdırmaq istiqamətində atdığı addımların əsas məqsədlərindən birinin məhz belə şəffaf və rəqəmsal qiymət bazalarının formalaşdırılması olduğunu düşünürəm. Bu, hər bir servis və ya mağazada fərqli qiymət siyasətinin tətbiq edilməsinin qarşısını almağa və sığorta ödənişlərinin tam şəffaf rəqəmlər əsasında hesablanmasına imkan verə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Avqust 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri