“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm” Video
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən il ağır qəzada yerimə qabiliyyətini itirən gənc müğənni Ayla Şiriyeva (Aila Rai) artıq yeriməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında video paylaşıb.
“Bu gün hər addımım mənə xatırladır ki, insan iradə ilə öz taleyini dəyişə bilər. Əgər sən də yorulmusansa, təslim olmağa tələsmə. Həyat bəzən ən gözəl hədiyyələrini ən ağır sınaqlardan sonra verir. Bu gün ata bildiyim hər addım mənə bir şeyi xatırladır: insan yıxıla bilər, amma yenidən ayağa qalxmaq qərarı onun öz əlindədir. Dua edin, sabah bu gündən daha güclü addım atım”, - o paylaşımında bildirib.
Qeyd edək ki, bir neçə ay öncə saytımıza müsahibə verən 27 yaşlı Aila Rai qəzadan sonra yaşadığı çətinliklərdən danışmış, bu yolda apardığı mübarizələrini dilə gətirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 06 İyul 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















