Qəzaya düşən qardaşlarına köməyə gələn kişi cinayət törətdi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan DAF markalı yük avtomobili ilə VAZ-21011 markalı minik maşını toqquşub, nəticədə birinci idarəetməni itirərək aşıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları yaralanıblar.
Hadisə zamanı daha bir insident yaşanıb.
Belə ki, yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək məqsədilə hadisə yerinə enib. Həmin vaxt hadisə yerinə gələn yaralı qardaşların 3-cü qardaşı, həmin sürücünü qəza törədən yük maşının sahibi ilə səhv salaraq ona bıçaqla hücum edib.
Nəticədə köməyə gələn sürücü qol nahiyəsindən bıçaq yarası alıb.
Qolundan bıçaq yarası alan sürücü də xəstəxanaya yerləşdirilib.
DİN-dən bildirilib ki, A.Şammədliyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Zəfər Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Dekabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















