Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Qəzza “düyünü” və aclıq: “Onlar Holokostdan sağ çıxanlara bənzəyirdilər”

Qəzza “düyünü” və aclıq: “Onlar Holokostdan sağ çıxanlara bənzəyirdilər”

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Tramp Qəzzanı nəzarətə almaqda israrlıdır: “Mən buna nə qədər tab gətirə biləcəyimizi bilmirəm”

ABŞ Prezidenti Donald Tramp Qəzzaya nəzarəti ələ keçirməklə bağlı vədini təkrarladığı bir vaxtda kövrək atəşkəsi uzatmaq üçün İsrail və HƏMAS-a təzyiqlər artıb. BMT-nin rəsmisi bildirib ki, atəşkəs başlayandan bəri 12600-dən çox yardım maşını anklava daxil olub, aclığın böyük ölçüdə qarşısı alınıb. Lakin o, atəşkəs uzadılmasa, aclıq təhlükəsinin geri qayıda biləcəyini söyləyib.

"Şərait hələ də dəhşətlidir və insanlar hələ də acdırlar. Əgər atəşkəs pozularsa, çox tezliklə aclıq yenidən geri qayıdacaq”, humanitar yardım rəhbəri Tom Fletçer Qəzzaya iki günlük səfərindən sonra “Associated Press” agentliyinə deyib.

“Super Bowl” matçına gedərkən “Air Force One” təyyarəsində Tramp jurnalistlərə HƏMAS-ın azad etdiyi arıq girovları gördükdən sonra vəziyyətlə bağlı səbrini itirdiyini deyib: “Mən girovların geri qayıtmasının görüntülərini izlədim. Onlar Holokostdan sağ çıxanlara bənzəyirdilər. Onlar dəhşətli vəziyyətdə idilər, dəhşətli şəkildə arıqlamışdılar. Uzun illər əvvəl Holokostdan sağ çıxanlar kimi görünürdülər və mən buna nə qədər tab gətirə biləcəyimizi bilmirəm”.

Amerika lideri ölkəsinin Qəzza zolağını nəzarətə götürəcəyinə və fələstinlilərin köçürüləcəyinə dair dediklərini bir daha təkrarlayıb.

“Mən Qəzzanı nəzarətə almaq və ona sahib olmaqda qərarlıyam. Onun yenidən qurulmasına gəldikdə, biz onun hissələrini tikmək üçün Yaxın Şərqdəki digər dövlətlərə də verə bilərik. Digər insanlar bunu bizim himayəmiz vasitəsilə edə bilərlər. Lakin biz ona sahib olmağa, nəzarətə götürməyə və HƏMAS-ın geri gəlməyəcəyinə əmin olmağa sadiqik. Geriyə köçmək üçün heç nə yoxdur. Ora dağıntı yeridir. Qalanlar da söküləcək”, Tramp əlavə edib.

Bazar günü Qəzzada atəşkəsdə yeni mərhələyə nail olunub. Belə ki, İsrail əsgərləri ərazini ikiyə bölən dar bir torpaq zolağı olan Netzarim dəhlizindən geri çəkiliblər. Bu, daha çox fələstinlinin vaxtilə yaşadıqları şimal sektoruna qayıtmasına imkan verib. Lakin 15 aylıq döyüşlər nəticəsində ərazinin çox hissəsi viran qalıb.

HƏMAS-ın sözçüsü Abdel Latif Al-Qanua deyib ki, geri çəkilmə HƏMAS-ın “düşməni bizim tələblərimizə tabe olmağa məcbur etdiyini” göstərib və İsrailin Baş naziri Benyamin Netanyahunun “tam qələbəyə nail olmaq illüziyasını” boşa çıxarıb.

İsrail rəsmiləri neçə əsgərin geri çəkildiyini və hara getdiyini açıqlamayıb. Qoşunlar hazırda Qəzzanın İsrail və Misirlə sərhədləri boyunca qalır və martın əvvəlinə qədər uzanan 42 günlük ilkin atəşkəsin sonrakı mərhələsində qoşunların tam çıxarılması ilə bağlı danışıqlar aparılacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 Fevral 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri